
Blackberry Athena'nın (KEYone 2) yeni fotoları və texniki özəllikləri sızdırılıb
Bir neçə gün bundan öncə
BlackBerry Athena (KEYone 2) smartfonu TENAA-nın məlumatlar bazasına əlavə
olunmuşdu. İlk öncə smartfonun fotoları əlavə olunmuş, indi isə onun texniki
göstəriciləri barəsində məlumatlar əlavə olunub. Beləliklə sözügedən smartfon 1620x1080
piksel keyfiyyətli 4.5 inç ekran Snapdragon 660 prosessoru, 6 GB RAM, 64 GB
daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3360 mAh
enerji tutumlu batareya ilə təchiz olunacaq. BlackBerry Athena Android 8.1 Oreo
əməliyyat sistemi vasitəsilə çalışacaq. TCL şirkəti hələki BlackBerry Athena
smartfonunun təqdimat tarixini açıqlamayıb. Lakin çox güman ki, yeni smartfonun təqdimatı
yaxın müddətdə baş tutacaq.
Paylaş
Bənzər xəbərlər