Logo
    main-post-cover

    BMW 7 seriyası üçün 4 turbolu mühərrik hazırlayır

    Digər
    07.05.2017
    Farid

    Yayılan məlumatlara görə BMW tam yeni turbo dizel mühərrik üzərində çalışır. Bu mühərrikdəki ən böyük yenilik onun 4 ayrı turbo əlavəsinə sahib olmasıdır. İlk növbədə 7 seriyası üçün nəzərdə tutulan yeni mühərrik daha sonra X5, X6 və gələckdə model sırasına daxil olması planlaşdırılan X7 krossoverinə də güc verəcək. Turbo dizel mühərriklər üzərində böyük təcrübəyə sahib BMW-nun 3 litr həcmli yeni quad turbo motoru maksimum 402 at gücü hasil edə bilir. Ənənəvi 8 pilləli sürət qutusu ilə uyğunlaşdırılan mühərrikin istehsalına gələn il start veriləcək.

    Paylaş
    Bənzər xəbərlər