main-post-cover

    BNA-dan 'SEVGİ – MƏSULİYYƏTDİR' adlı 20 möhtəşəm 'Outdoor' işi

    27.07.2018
    Farid Pardashunas
        Son aylarda etdikləri sosial kampaniyalar ilə hər kəsin sevimlisinə çevrilən Bakı Nəqliyyat Agentliyi (BNA) bugünlərdə nəqliyyatın məsuliyyətli idarəolunması ilə bağlı yeni sosial kampaniyaya start verib. Dövlət qurumları içərisində gördüyü işi məsuliyyətli şəklidə yerinə yetirən qurumlardan öndə gələni olan BNA, hələ ötən ay ölkədə baş verən enerji kəsintisi zamanı ictimai nəqliyyat istifadəçilərinə qarşı etdiyi davranışlarla da gündəmə gəlmişdi.
        Şəhərin müxətlif ərazilərində, məkanlara uyğun olaraq yerləşdirilən "Outdoor" reklamlarının nəqliyyat iştirakçılarına bir çox mesajı var. "SEVGİ MƏSULİYYƏTDİR" adı altında keçirilən bu kampaniya çərçivəsində Technote olaraq bütün reklam işlərini bir araya gətirdik. Toplamda 20 sosial mesajın yer aldığı bu sosial məsuliyyət kampaniyasında günümüzdə nəqliyyat davranışlarında yaşanan problemlər ön plana çəkilib. Beləliklə, bütün işləri açıqlaması ilə sizlərə tədqim edirik.
    1. İSTİFADƏ EDİRİKSƏ, QORUYAQ!
    Avtobus və dayanacaqlar hamımızındır. Onları evimiz kimi təmiz saxlamalı, zərər verməməli, tullantıları yerə atmamalıyıq.
    2. HƏYATA BAĞLI QALIN!
    Doğmalarınızın qayğısına qalın. Avtomobildə uşaqların təhlükəsizlik kəmərini bağlamağı unutmayın.
    3. HƏYATIN ÖZ ƏLİNDƏDİR!
    Yol qəzaları zamanı təhlükəsizlik kəməri insanı 85% ölümcül xəsarətlərdən qoruyur.
    4. SEVDİKLƏRİNİZDƏN SÜRƏTLƏ AYRILMAYIN!
    Qəzaların 22,9%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş verir.
    5. BİR AZ MEHRİBAN OLAQ!
    Avtobusa minərkən sürücüyə salam verməyi xatırlayaq. Onlar hər gün bizim üçün işləyirlər.
    6. YOLDA TƏK DEYİLSƏN!
    Hörmətli sürücülər, sükan arxasında manevrlər edərkən digər yol hərəkəti iştirakçılarını unutmayın.
    7. GÖRÜNÜŞ ÜÇÜN DEYİL!
    Dönmə işıqları və güzgülər hər bir avtomobil, eləcə də SİZİN avtomobil üçün dizayn edilib. Gəlin, bu vasitələrdən istifadə edək.
    8. GÖZLƏ... DAYANACAQ!
    Dayanacaqdan kənar avtobusa minmək və sürücüdən avtobusu saxlamağı xahiş etmək olmaz.
    9. SÜRƏTİNİ ZOLAĞA GÖRƏ SEÇ!
    Avtomagistralda hərəkət edərkən digər nəqliyyat vasitələrinə mane olmamaq üçün sürətinizi zolağa uyğun seçməlisiniz.
    10. QOVUŞMAQ ÜÇÜN YAZMA!
    Sükan arxasında telefondan istifadə edərkən qəza etmək riski 4 dəfə artır.
    11. HƏMİŞƏ TƏMİZLİKDƏ OLAQ!
    Təmiz ətraf mühit sevdiklərimizlə daha sağlam həyat deməkdir. Doğma şəhərimizi sevək və qoruyaq.
    12. SİQARET ÖLDÜRÜR!
    Qapalı məkanlarda və dayanacaqlarda siqaret çəkmək qadağandır.
    13. AVTOMOBİLİ GÖR!
    Sizin üçün yaşıl işıq yana bilər, ancaq avtomobil hərəkətini tam dayandırmadan yolu keçməyin.
    14. HƏR KƏS ÖZ YERİNİ BİLSİN!
    Panduslar avtomobillərin səkiyə çıxaraq park edilməsi üçün vasitə deyil, fiziki məhdudiyyətli şəxslərin və uşaq arabasından istifadə edənlərin rahat hərəkəti üçündür.
    15. PİYADANI GÖR!
    Piyada keçidinə yaxınlaşarkən sürətinizi azaldın.
    16. SEÇİM SƏNİNDİR!
    Yolu keçərkən piyada keçidindən istifadə etmək təhlükəsizliyiniz üçün vacibdir.
    17. GÖZÜNÜZÜ YOLDAN AYIRMAYIN!
    Yoxsa yol sizi sevdiklərinizdən ayırar. Sükan arxasında olarkən diqqətinizi yayındıracaq hərəkətlər etməyin.
    18. SPİRTLİ İÇKİNİN QURBANI OLMA!
    Alkoqol qəbul etmiş şəxsin sükan arxasına keçməsi digər sürücülər üçün ciddi bir təhlükə, özü üçün isə intihardır.
    19. HƏYATA YOL VER!
    Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, zolağı boşaltmalıyıq.
    20. YOLLARI MANEƏSİZ PAYLAŞAQ!
    Avtomobilinizi avtobus dayanacaqlarında, yol kəsişmələrində, svetoforların və digər nişanların önünü bağlayacaq şəkildə park etməyin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər