Böyük Partlayışdan sonrakı 13.8 milyard illik kainat inkişafı 10 dəqiqəlik videoda

13.03.2018 0 PAYLAŞIM 580 OXUNMA

Amerikalı montajçı və rejissor John Boswell çox maraqlı bir elmi video yaradıb.

    Həmin 10 dəqiqəlik videoda kainatın 13.8 milyard illik inkişafı əks olunub. 4 gün ərzində sözügedən video yarım milyon baxış yığıb. Videodakı hər bir saniyə 22 milyon ilə bərabərdir. Bizim yaşadığımız günəş sistemi isə videonun 6-cı dəqiqəsindən sonra yaranır. Videonun yaradılması üçün Boswell müxtəlif sənədli filmlərdə və televiziya verilişlərində istifadə edilmiş təsvirlərdən və musiqilərdən, həmçinin öz materiallarından istifadə edib.