
Brabus-dan 700 at gücündə Mercedes AMG GLE 63S
Mercedes-in kupe-krossover seqmentindəki ilk oyunçusu GLE 63S yenə Brabus-un emalatxanasında qonaq olub. Toxunduğu hər avtomobilə xüsusi aqressiv görüntü verən Brabus sözsüz ki, GLE 63S-də də bu xüsusi məqamı unutmayıb. Xüsusi qara rəng tonu ilə boyanan avtomobilin 23 düym ölçülü Monoblock Y diskləri, yeni aerodinamik kit-in karbon çıxıntıları, öndə iri difuzer və arxadaki spoyler onu adi GLE-dən gözlə ayıran əsas cəhətlərdir.
Paylaş
Bənzər xəbərlər