
Britaniyalılar, piroqu kosmosa göndərdilər (VİDEO)
Britaniyalı alimlər ibarət qrup kosmosa ətli piroq göndərdilər.
Tədbirin təşkilatçılarından biri olan Tony Callaghan-ın sözlərinə görə bu vasitə ilə onlar
hündürlüyün, piroqun molekulyar quruluşuna necə təsir göstərəcəyini öyrənmək
istəyiblər. Bundan əlavə onlar öyrənmək istəyiblər ki, bu təcrübədən sonra
piroqu, yarışmada yemək mümkün olacaqmı. Əslində bu aksiya dünya üzrə piroq yemə
çempionatı üçün reklam məqsədli keçirilmişdir. Piroqu meteozonda yerləşdirib 45
km hündürlüyə, stratosfer qatına göndəriblər. Piroq missiyanın öhdəsindən
uğurla gələrək yenidən yerə enib. "Piroq ilk növbədə qızdı, sonra kosmosda
soyudu. Eniş zamanı o yenə qızdı. Beləliklə onun dadı daha yaxşı oldu” –
deyə Callaghan bildirib.
Paylaş
Bənzər xəbərlər