main-post-cover

    Bugatti haqqında bilmədiyiniz 5 məlumat

    Digər
    16.06.2017
    Aynar Məmmədzadə
    1. Bugattini bağlanıqdan sonra bazara qaytaran Volkswagen olub
    Bugatti 1952-ci ildə bağlandıqdan sonra dəfələrlə şirkəti bazara qaytarmaq üçün cəhdlər oldu. Lakin bu uğursuz çalışmalardan sonra yalnızca VW 1998-ci ildə şirkəti alıb öz himayəsinə qatdı. Eyni ildə Bentley və Lamborghinini-də alan VAG Qrup superkar bazarınında böyük bir hissəsini idarə etməyə başlamışdı. 
    2. Bugatti Chiron-un ön hissəsindəki loqo 146 qramlıq gümüşdən hazırlanıb
    Dünyanın ən güclü, ən eksklyuziv və ən sürətli avtomobilininin üzərində qiymətli metallardan istifadə olunması əslində o qədər də təəccüblü deyil. 146 qram saf gümüş avtomobilin ön hissəsinə yerləşdirilib. Həm logo, həm də çərçivə.
    3. 1936 Type 57C Atlantic bu günə qədər satılan ən bahalı Bugatti-dir
    Dünyada cəmi iki ədəd saxlanılan bu avtomobil Bugattinin yaradıcısı Ettore Bugatti-nin oğlu Jean Bugatti tərəfindən dizayn edilmişdi. Avtomobildən bu günə qədər cəmi iki nümunə saxlanılıb. Bu nümunələrdən biri Kaliforniya muzeyine 30-40 milyon dollar arası bir məbləğə satılıb.
    4. Type 57C Atlantic-in ilk sahibi Lord Victor Rotschild olub
    Hal-hazırda Kaliforniya muzeyinde saxlanılan Type 57C-nin ilk sahibi məşhur Rotchild ailəsinin seçilən üzvlərindən Lord Victor Rotchild idi. Avtomobili 1936-cı ildə alıb 1941-ci ildə satdıqdan sonra avtomobil bir-neçə dəfə yer dəyişib.
    5. Bugatti Chiron 2 fərqli açarla satılır
    Bugatti-nin yeni flaqmanı Chiron iki fərqli açarla satılır. Birinci açar avtomobili 380 km/saat sürətinə limitləyir. Digər açar isə Chiron-un 1500 at gücündən maksimum şəkildə yararlanmağa imkan verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər