Bugatti haqqında bilmədiyiniz 5 məlumat
Digər
16.06.2017
Aynar Məmmədzadə
1. Bugattini bağlanıqdan sonra bazara qaytaran Volkswagen olubBugatti 1952-ci ildə bağlandıqdan sonra dəfələrlə şirkəti bazara qaytarmaq üçün cəhdlər oldu. Lakin bu uğursuz çalışmalardan sonra yalnızca VW 1998-ci ildə şirkəti alıb öz himayəsinə qatdı. Eyni ildə Bentley və Lamborghinini-də alan VAG Qrup superkar bazarınında böyük bir hissəsini idarə etməyə başlamışdı.2. Bugatti Chiron-un ön hissəsindəki loqo 146 qramlıq gümüşdən hazırlanıbDünyanın ən güclü, ən eksklyuziv və ən sürətli avtomobilininin üzərində qiymətli metallardan istifadə olunması əslində o qədər də təəccüblü deyil. 146 qram saf gümüş avtomobilin ön hissəsinə yerləşdirilib. Həm logo, həm də çərçivə.3. 1936 Type 57C Atlantic bu günə qədər satılan ən bahalı Bugatti-dirDünyada cəmi iki ədəd saxlanılan bu avtomobil Bugattinin yaradıcısı Ettore Bugatti-nin oğlu Jean Bugatti tərəfindən dizayn edilmişdi. Avtomobildən bu günə qədər cəmi iki nümunə saxlanılıb. Bu nümunələrdən biri Kaliforniya muzeyine 30-40 milyon dollar arası bir məbləğə satılıb.4. Type 57C Atlantic-in ilk sahibi Lord Victor Rotschild olubHal-hazırda Kaliforniya muzeyinde saxlanılan Type 57C-nin ilk sahibi məşhur Rotchild ailəsinin seçilən üzvlərindən Lord Victor Rotchild idi. Avtomobili 1936-cı ildə alıb 1941-ci ildə satdıqdan sonra avtomobil bir-neçə dəfə yer dəyişib.5. Bugatti Chiron 2 fərqli açarla satılırBugatti-nin yeni flaqmanı Chiron iki fərqli açarla satılır. Birinci açar avtomobili 380 km/saat sürətinə limitləyir. Digər açar isə Chiron-un 1500 at gücündən maksimum şəkildə yararlanmağa imkan verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!