
Bugatti Veyron-un davamçısı Los Angeles-də test yürüşünə çıxdı
Artıq istehsalı dayanmış Bugatti Veyron-un davamçısı, Chiron-un ilk videosu Los Anceles şəhərində test yürüşü zamanı çəkilib. Dar yolda yük maşını ilə sıxışan avtomobili görən ətrafdaki maşın həvəskarları Chiron-u hərəkət zamanı lentə ala biliblər. Bugatti-nin yaxın vaxtlarda təqdim etdiyi GT Vision konsepti ilə böyük oxşarlığı olan avtomobil arxa tərəfdən GT Vision-ın spoylersiz versiyasına bənzəyir. Eyni zamanda kənarlardaki hava çıxışları və aerodinamik çıxıntılarının olmaması da onu konseptdən fərqləndirir.
Hələ heç bir dəqiq məlumat verilməsə yeni Bugatti-nin Veyron-da istifadə olunan 8 litr W16 mühərrikin yenilənmiş versiyasından istifadə etdiyi bildirilir. Lakin şayiələrə görə yenilənmiş mühərrik 1001 yox 1500 at gücü hasil edə biləcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...