Logo
    main-post-cover

    Bundan sonra Twitter-də daha uzun tweet-lər yaza biləcəksiniz

    Digər
    27.09.2017
    Farid
    Twitter sosial şəbəkəsi, 280 simvoldan ibarət tweet-lərin yerləşdirilməsi funksiyasını test etməyə başlayıb.
    Bu cür qərar, istifadəfiçilərin, 140 simvol məhdudiyyətindən narazı olmaları ilə bağlıdır. Qeyd etmək lazımdır ki, simvol sayının genişləndirilməsi funksiyası hələki çox az adam üçün aktivdir. Narazı olanlar siyahısına əsasən ingilis dilli istifadəçilər aid edilir. Belə ki, bu cür şəxslərin orta statistik tweet-ləri 34 simvoldan ibarət olur. Buna görə də 140 simvolluq məhdudiyyət onlara maneəçilik törədir.

    Məsələn, yaponiyalı şəxsin bir tweet-i əsasən 15 simvoldan ibarət olur. Buna görə də yeni funksiyanın test mərhələsinin birinci mərhələsi bitdikdən sonra həmin test, dünyanın digər dilləri üzrə də keçiriləcək. “Twitter” rəsmilərinin verdikləri məlumata əsasən istifadəçilərin özlərini komfort hiss etmələri üçün onlar, 2006-cı ildən dəyişməyən simvol limitini 2 dəfəyə kimi qaldırmağa hazırdırlar.
    Paylaş
    Bənzər xəbərlər