
"Bürclərin Tarixləri Dəyişdi" xəbərinə "NASA"dan cavab gəldi!
Bu ayın əvvəlində özləri tərəfindən edildiyi iddia edilən "bürclərin dəyişməsi” ilə bağlı NASA-dan açıqlama gəldi.
Xatırlayarsınız
ki, "Technote.az" olaraq bu ayın əvvəlində NASA-nın bürclərin tarixlərinin dəyişdiyiylə bağlı bir xəbər paylaşmışdıq və mövcud bürclərə əlavə olaraq "İlan” adında yeni bir bürcün əlavə
edildiyini də bildirmişdik. "Technote.az”ın Azərbaycan mediasına gətirdiyi bu xəbərin, "BBC”, "TheVerge” kimi mənbələrə
istinad olsada əsilsiz olduğu ortaya çıxdı.
Bürclərin tarixləri dəyişdirildi!
Sosial Mediada günlərlə ən məşhur
mövzu olan Bürclərin dəyişməsi ilə bağlı NASA nəhayət ki bir açıqlama verdi.
Qurumun rəsmi Tumblr blogundan edilən açıqlamada astronomiya ilə astrologiyanı bir-biri ilə qarışdırılmamalı olduğumuzu, astronomiyanın kosmosdakı hər şeyi əhatə
edən bir elm olduğunu, astrologiyanın isə bir elm sahəsi belə olmadığını
bildirdi.
Edilən
bu mübahisənin elmi bir mexanizmə əsaslanmadığını bildirən NASA, dolayı yoldan
haqqlarında edilən bu xəbəri də yalanlamış oldu.
Sözügedən
xəbərin yayılmasına NASA-nın Yanvar ayında paylaşdığı bir məqalə səbəb olmuşdu.
Paylaş
Bənzər xəbərlər