
Məşhur fast food zənciri
Burger King, Rusiya mağazalarında istifadə edilməsi üçün öz kripto pul vahidini
inkişaf etdirir.Son dövrdə Bitcoin-in dəyərinin onlarla qat artım göstərməsi
ölkələrin və şirkətlərin virtual pul vahidlərinə çox daha əhəmiyyət göstərməsinə
və gələcəyə dair planlar etməyə başlamasını təmin edərkən, məşhur fast food zənciri
Burger Kingin bu mövzuda işlərə başlayan markalardan biri oldu.
Rus mətbuatı tərəfindən paylaşılan məlumatlara görə, Burger King Rusiya tərəfindən Whoppercoin adlı bir virtual pul vahidi inkişaf etdirilir.
Süni zəka sahəsində 10 qorxunc inkişaf
Yaxşı, Burger Kingin inkişaf etdirdiyi virtual pul vahidi necə istifadə ediləcək? Gəlin, Whoppercoin haqqında ortaya çıxan detallara yaxından nəzər salaq.
Burger King müştəriləri Rusiyada satın aldıqları Whopper menyular qarşılığıda Whoppercoin qazanacaqlar və yığdıqları bu pullar ilə irəliləyən dövrdə təkrar burger satın ala biləcəklər.
Burger King tətbiqinə yerləşdirilən şifrəli bir pulqabıda saxlanacaq olan Whoppercoin-lərin, yalnız mağaza içərisində istifadə edilə biləcək. Waves-in blok zənciri üzərində reallaşdırılacaq olan Whoppercoin əməliyyatları ilə, Burger King restoranlarında Bitcoin-in ödəmə üsulu halına gətirilməsi üçün ilk addımların atılacağı ifadə edilir.