
Böyük Adron Kollayderin panoram videosu
BBC News Böyük Adron Kollayderin panoram videosunu təqdim edib. BAK yüklü hissəciklərin ən böyük və güclü sürətləndiricisidir. O İsveçrə ilə Fransa sərhədində 27 km-lik yeraltı tuneldə yerləşir. BAK-ın əsas məqsədi hissəciklər fizikasına aid əsas nəzəriyyələrdən biri olan Standart Model-i təsdiq və ya təkzib etməkdir. İndi isə BAK-ın içəridən necə göründüyünü izləmək olar.
Paylaş
Bənzər xəbərlər