Logo
    main-post-cover

    Çalışdığınız iş yerindən ayrılmaq üçün 6 səbəb

    Digər
    08.07.2017
    Emil
    Periodik olaraq iş yerinin dəyişilməsi, professional karyera yüksəlişinin təkmilləşdirilməsində vacib rol oynayır. Buna görə də adət etdiyiniz iş yerindən imtina edib irəli getməyə sövq edən bir sıra göstəricilər mövcuddur. Gec-tez hər bir kəs, iş yerinin dəyişilməsi haqqında düşünür. İşdən azad olmaq üçün ciddi səbəblər olmadıq da bu cür addımı atmaq çətinləşir. Lakin aşağıda olan 6 göstəricidən biri ilə rastlaşsaz, deməli siz öz ənənəvi işinizdən ayrılmalısınız.
    Sizdən işdə qalmağınızı tələb edirlər, lakin bunun üşün sizin heç bir səbəbiniz yoxdur:
    Mən elə edəcəm ki, səni birdə heç kim bu biznesdə işə götürməyəcək” kimi ilk baxışdan qorxunc görünən cümlə yalnız filmlərdə çalışır. Hətta lakin bu cür hal real həyatda belə baş versə, yenədə üzülməyə dəyməz. Dünyada o qədər fəaliyyət sahələri var ki, sizin ixtisasınızla digər sahədə həmişə iş tapmaq mümkündür. Əgər siz hiss edirsiniz ki, ofisdə yalnız vaxt öldürmək üçün oturursunuz, onda işdən ayrılın. Belə ki, sizi, çalışdığınız şirkət ilə başqa heç nə bağlamır.
    Siz müdiriyyətlə ümumi dil tapa bilmirsiniz:
    Daha çox və yaxşı çalışmağı təbii ki, siz bacararsınız və etməlisiniz. Lakin bunu hər dəfə şirkətin yuxarı hissəsindən gələn narazıçılıqların fonunda etməyin. Belə ki, sizin müdiriniz çətin ki, başqa bir insan xarakterinə sahib olsun. Bunun üçün də ən yaxşısı onunla çalışmamaqdır.
    Siz, sizdən tələb olunan hər şeyi etdiniz:
    Təbii ki, iş əslində belə də olmalıdır. Ümumilikdə isə iş, müəyyən sayda tapşırıqları, müəyyən vaxtda yerinə yetirmək deməkdir. Bu cür prinsip sizə ənənəvi görünməyə bilər. Çünki bir çoxları işə qəbul olarkən eyni tapşırıqları müəyyən zaman ərzində görmək üçün müqavilə imzalayırlar. Əgər siz, çalışdığınız şirkətdə əlinizdən gələni etdinizsə, onda həmin şirkətdən ayrılın.
    Yalnız pula görə çalışırsınız:
    Bəli, pul vacib faktordur. Lakin əgər çalışdığınız şirkətdə sizi saxlayan yalnız bu faktordusa, onda özünüzə yeni iş yeri axtarmağa başlayın. Özünüzə elə bir iş seçin ki, orda siz nəin ki vəsait baxımından, hətta mənəvi baxımdan həzz alacaqsınız. Əks halda siz heç zaman özünüzü xoşbəxt hiss etməyəcəksiniz.
    Siz öz imkanlarınızın pik nöqtəsinə çatmısınız:
    Sizin rəhbərinizin öz vəzifəsindən imtina etməməsinə baxmayaraq əgər siz yenə də ondan daha çox təcrübəlisinizsə, onda siz hər ehtimal da karyera yolunuzda irəli gedə bilməyəcəksiniz. Əgər sizin müdiriniz varsa, onda siz ondan daha çox maaş almayacaqsınız. Daha çoxuna nail olmaq istəyirsiniz? Deməli böyük imkanları olan şirkət axtarışında olmalısınız.
    Kollektivdə sağlam mühit yoxdur:
    Təbii ki, hər şeyə müəyyən vaxtdan sonra öyrəşmək olar. Lakin bu nəyə lazım? Dünyada müxtəlif korporativ mədəniyyətə sahib minlərlə şirkət var. Sizi təhqir edən, sizə hörmət etməyən və sizin, eyni nöqteyi nəzərləri bölüşmədiyiniz halda həmin nöqteyi nəzərləri sizlərə aşılayan mühitdən getmək ən məsləhətlisidir.
    Paylaş
    Bənzər xəbərlər