
Twitch canlı yayımı
zamanı diqqətsiz bir hərəkət edən video bloqer az qalsın bir fəlakət
yaşayacaqdı. Yaşanan maraqlı hadisə Twitch-in ən çox danışılan mövzuları
arasına girdi!Twitch kimi bir
platformada bildiyiniz kimi kamera, kompüter və internet əlaqəsi olan hər kəs canlı
yayım edə bilər. Əslində baxsanız YouTube-un
oyun mərkəzli alternativi də deyə biləcəyimiz Twitch, canlı yayımlar əsnasında yüzlərlə
qəribə və bəzən də qorxuducu hadisəyə səhnə oldu.
Twitch nəzdindəki turnir yayımları, məşhur oyunların yanında fail-ləri ilə də məşhur bir platformadır. gələn son fail isə AnaPlaying adlı bir video bloqerdən oldu. League of Legends yayımı zamanı etdiyi diqqətsiz bir hərəkət nəticəsində az qalsın böyük bir fəlakətə gətirib çıxardacaqdı.
Oyunun başlamasını gözləyərkən bir tərəfdən də əlindəki alışqan ilə oynayan Ana, fərqində olmadan saçını alovlandırdı. Uzunca bir müddət saçının yandığını fərq etməyən Ana, izləyənlərin xəbərdarlığı ilə saçının alovlandığını öyrəndi.
Həyəcanla saçını söndürən Ana, ciddi bir zədə almasada bu kiçik fəlakət Twitch-in ən çox danışılan hadisələr arasında yer aldı və videosu qısa müddətdə 200 mindən çox adam tərəfindən izlənildi.
Şərh yoxdur