Cash App-dən yenilik: Artıq ödəniş linkini DM ilə göndərmək mümkündür
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də geniş istifadə olunan və Block, Inc. şirkətinə məxsus olan Cash App yeni funksiyasını təqdim edib. Platforma artıq istifadəçilərə ödəniş linkləri yaratmaq imkanı verir.
Yeni “payment link” funksiyası sayəsində istifadəçilər kimdənsə pul istədikdə artıq birbaşa tətbiq daxilində istifadəçi adı seçmək əvəzinə, xüsusi bir link yarada biləcəklər. Bu link SMS, e-poçt, sosial şəbəkə mesajları və ya DM vasitəsilə qarşı tərəfə göndərilə bilər. Linkə klik edən şəxs əvvəlcədən təyin olunmuş məbləği görəcək və ödənişi dərhal təsdiqləyə biləcək. Şirkətin açıqlamasına görə, bu linklər həm birdəfəlik, həm də təkrarlanan ödənişlər üçün istifadə edilə bilər. Eyni zamanda qrup ödənişləri üçün də funksionallıq mövcuddur.
Qeyd edək ki, Cash App son dövrlər bir sıra yeniliklər də təqdim edib. Platforma ötən ilin sonunda istifadəçilərə maliyyə məsləhətləri verən süni intellekt əsaslı çatbot istifadəyə verib və yüksək borclanma limiti təklif edən yeni üstünlüklər proqramını da işə salıb.
Paylaş
Bənzər xəbərlər