
Cem Yılmaz-ın "Ne veriim abime" ifadəsi Brend olacaq
Cem Yılmaz'ın səhnəciklərindən birində istifadə etdiyi və
qısa vaxt ərzində sosial mediada dildən-dilə dolaşan, hətta müxtəlif capslara da mövzu olan "ne veriim abime” zarafatı artıq bir brendin adı olacaq.
Türkiyənin
Ankara şəhərində 10 ildir qida sektorunda fəaliyyət göstərən bir firma, "Ne
veriim abime” adının pizza markası olaraq patentləşdirilməsi üçün "Türk Patent
İnstutu”na müraciət edib.
"Technote.az"ın "Webtekno"ya istinadən verdiyi xəbərə görə, Şirkət
sahiblərindən Niyazi Pak-ın mövzu ilə bağlı açıqlaması isə belədir:
"Pizza
xəmirini tost halına gətirib istehsala başladıq. Çox yüksək maraq gördü və hələ
də davam edir. Bunun yanında dürüm pizzanı istehsal etdik. Ölkəmizin qida
barədə tələbatını nəzərə alaraq yola çıxdıq və böyüdük. Lakin bir şeylərin
əksik olduğunu anladıq. Son vaxtlarda keçirdiyimiz küçə sorğuları və
araşdırmalarımız bizi yeni bir marka adı tapmağa yönləndirdi. Nə ola bilər deyə
düşünərkən, "Ne vereyim abime” cümləsinin Cem Yılmaz tərəfindən özünə məxsus
bir üslub ilə deyildiyinin fərqinə vardıq. Yəni "Ne veriim abime...”. Bu
deyilişi pozmadan, bu formada Türk Patent İnstutuna müraciət etdik. Nəticəni
gözləyirik. İnşallah yaxşı işlər görərək, ölkəmizə gəlir gətirərik”.
İzləməyənlər üçün "Ne Veriim Abime" səhnəciyi :
Paylaş
Bənzər xəbərlər