
Çin polisi saxta Apple qulaqlıq istehsalının qarşısını alıb!
Digər
30.01.2024
Aslan
Çinin Sıçuan əyalətinin Suining şəhər polis orqanları böyük sayda saxta "Apple Bluetooth" qulaqlıq istehsalının qarşısını alıb. Polislər dəyəri təxminən 167 milyon yuan (təxminən 23,5 milyon dollar) olan 9 mağazanı, 3 istehsalat xəttini və 6 satış mərkəzini ələ keçirib.
Hesabatda bildirilir ki, kütləvi reyd zamanı 69 mindən çox saxta “Apple Bluetooth” qulaqlığı, 45 mindən çox yarımfabrikat qulaqlıq, 4 dəst saxta alət və 50 mindən çox qablaşdırma materialı, həmçinin 10 mindən çox ehtiyat hissələri ələ keçirilib. Polisin qeyd etdiyinə görə, apardıqları araşdırmalar zamanı saxta Apple qulaqlıqlarının Çinin Quangdong, Shandong, Sichuan və Hainan da daxil olmaqla 10-dan çox əyalət və şəhərlərinə satıldığı ortaya çıxıb. Görünən odur ki, bu fırıldaqçılıq şəbəkəsinin paylama nöqtələri kifayət qədər geniş ola bilər. Hazırda məhsulların Çindən kənar başqa bazarlara qaçaqmalçılıq yolu ilə keçirilib-keçirilmədiyinə dair heç bir məlumat yoxdur.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
