
Çinin Tiangong-1 kosmik aparatının qalıqları İstanbula düşə bilər
2011-ci ildə göndərilən, lakin 2016-cı ildən bəri əlaqə qurulmayan Çinin Tiangong-1 kosmik aparatı qarşıdakı günlərdə Yerə düşəcək. Aparat Yer ətrafında saatda 7800 kilometr sürətlə fırlanır. Washington Post-un xəbərinə görə, aparatın hissələrinin hansı bölgələrə səpələnəcəyi tam məlum deyil. 9.5 tonluq Tiangong-1-in əsas gövdəsinin suya düşəcəyinə inananlar çoxluq təşkil edir. Mühəndis Jesse Gossner isə bu sözlərlə yadda qalıb, ''Necə ki, göldə daş bir neçə dəfə suyun üzündə sıçrayıb sonda dibə enirsə Tiangong-1 də həmçinin suya düşəcək'', dedi. Son günlərdə aparatın hissələrinin İstanbula düşəcəyini yazan xarici saytların da sayı artır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...