
Civilization VI rəsmi olaraq anons olundu
Biraz öncə 2K Games şirkəti rəsmi olaraq Civilization VI
oyununu anons etdi. Oyun həmişəki kimi Firaxis Games studiyası tərəfindən
hazırlanır. Anons olunmuş yeni oyunda oyunçular yenidən komandir rolunda çıxış
edərək daş dövründən başlayaraq informasiya dövrünə kimi çox əsrlərlə qala biləcək
və zamanın dəyişikliklərinə tab gətirə biləcək imperiya qurmalı olacaqlar.
Studiyanın verdiyi məlumata əsasən Civilization VI yeni xüsusiyyətləri ilə
keçmiş oyunlardan fərqlənəcək. Məsələn bu dəfə şəhərlər böyüyərək xəritədə daha
çox yer tutacaqlar. Oyunçunun qəbul edəcəyi qərarlar isə sivilizasiyanın elmi tədqiqatlarına
və mədəniyyat inkişafına öz təsirini göstərəcək. Yeni Civilization seriyanın
veteran oyunçularına yeni xüsusiyyətlər və funksiyalar təqdim edərək onların
könüllərini oxşayacaq. Seriya ilə tanış olacaq yeni oyunçulara isə yeni və
rahat öyrədici mexanizm təqdim olunacaq. Onun köməyi ilə yeni oyunçular
seriyanın əsas özəllikləri ilə rahatlıqla tanış ola biləcəklər. Bundan əlavə
olaraq Civilization VI-da yaxşılaşdırılmış multiplayer rejimi, dinamik siyasət
sistemi, döyüşlər üçün nəzərdə tutulmuş yeni funksiyalar, texnoloji və mədəni
inkişafı planlaşdırmaq üçün aktiv tədqiqatlar sistemi olacaq. Civilization VI
bu ilin 21 oktyabr tarixində PC üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər