
Coca Cola-dan indiyə qədər istehsal edilmiş ən sağlıqlı kola
Coca Cola, Yaponiyada bilinməyən bir səbəbdən sürətlə düşən kola istifadəsi üçün araşdırma edərkən problemli mövzunun sağlamlıq olduğunu başa düşəndə yeni bir şeylər hazırlamağa başlayıb.
Xüsusilə Zero və Light kolaya çox da güvənməyənlər
üçün iddialı bir formada "indiyə qədər istehsal edilimiş ən sağlıqlı kola” deyərək
yeni məhsulu Coca Cola Plus-u satışa çıxardı.
Yeni
hazırlanan Coca Cola Plus, tərkibindəki
yüksək lif nisbəti ilə sağlıqlı bir içki olaraq irəli çıxır. Dünya üzrə
standart qəbul edilən Amerika Qida və Dərman İdarəsi - FDA tərəfindən təsdiq
alan bu içki Yaponiya hökümətindən "Tokuho” yəni "sağlıqlı qida” etiketi almaq
üçün də müraciət edib.
Coca
Cola vəzifəliləri 27 Martda rəflərdəki yerini alacaq bu məhsuldan gündə 1 şüşə
istifadə edilməsini tövsiyyə edirlər. Yaponiyada bu məhsul 1.40 dollardansatışa çıxacaq.
ABŞ-da
birbirindən fərqli bir çox Coca Cola növü mövcud ikən Azərbaycanda çox da maraq
olmadığına görə bu məhsullar Azərbaycanda satışa çıxarılmır. Coca Cola Plus-un
Azərbaycanda satılıb satılmayacağını isə zaman göstərəcək.
Paylaş
Bənzər xəbərlər