
Comic-con 2016 sərgisində çıxacaq filmlərin yeni və ilk trailerləri təqdim olunub
Hal-hazırda ABŞ-ın San-Diego şəhərində keçirilən Comic-con 2016 sərgisində hamı tərəfindən ən çox gözlənilən filmlərin yeni və ilk trailerləri təqdim olunub. Həmin trailerləri sizlərə təqdim edirik.
"Kong: Skull Island"
Hadisələr 20-ci əsrin 70-ci illərində cərəyan edir. Filmin
baş qəhrəmanı Skull Island adlı sirlərlə dolu yerə ekspedisiya təşkil edir.
Skull Island-a gələn insanlar dəhşətli və sözün əsl mənasında böyük canlılar ilə
qarşılaşırlar. Lakin onlar hələki ən böyük təhlükədən xəbərsizdirlər. Rejissoru
Jordan Vogt-Roberts olan filmdə baş rolları Tom Hiddleston, Brie Larson, Samuel
L. Jackson, John Goodman, Toby Kebbel və digərləri canlandırıblar. "Kong: Skull Island” filminin
premyerası 2017-ci ilin mart ayında baş tutacaq.
"King Arthur: The Legend of Sword"Filmin süjet xətti cavan Arthur-un ətrafında cərəyan edir. O
özünün keçmişi barəsində maraqlanmayaraq dəstəsi ilə birlikdə zaman keçirdir.
Lakin bu onun sehrli qılınc Excalibur
ilə tanışlığına kimi davam edir. Bu tanışlıqdan sonra Arthur tamamilə dəyişir.
O müqavimət hərəkatına qoşularaq onun ailəsini öldürmüş və hakimiyyəti ələ
keçirmiş Vortigern-i məhv etmək üçün insanları ətrafına yığır. Rejissoru Guy
Ritchie olan filmdə baş rolları Charlie
Hunnam, Jude Law, Aiden Gillen, Annabelle Wallis, Katie McGrath və digərləri
canlandırıblar. "King Arthur:
Legend of the Sword” filminin premyerası 2017-ci ilin mart ayında baş tutacaq.
"Doctor Strange"
"Fantastic Beasts and Where to Find Them"
Paylaş
Bənzər xəbərlər