main-post-cover

    Dağ kəndlərinə kitab göndərək, onların oxumalarına dəstək olaq!

    Digər
    25.05.2017

    Əziz Technote izləyiciləri, bu dəfə sizə fərqli növ bir paylaşımla xitab edirik.

    Bir çoxumuz isti evlərimizdə,ofislərimizdə oturub çayımızı, lattemizi içərkən bir yerlərdə bizim göz ucu ilə belə baxmadığımız kitablara ehtiyac duyan uşaqlar var. Technote olaraq biz, bu istiqamətdə tədbir görməyə çalışan bütün gənclərə dəstək olmağa çalışırıq. Bu dəfə sizə "Kitabsevərlər" qrupunun "Kitab al, kitab qazandır" adlı layihəsindən söz açacağıq. Beləki siz, "Kitabsevərlər" qrupunun 15- ci nəşri olan Maksim Qorkinin "Mən necə oxumuşam" adlı kitabını almaqla, Qubanın dağ kəndlərində yaşayan uşaqlara bu kitabdan hədiyyə etmiş olacaqsız.
    1) Əsas şərt: Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsız, sizlər tərəfindən alınan hər 2 kitaba görə onlar 1 kitab hədiyyə üçün ayırırlar. Yəni özünüzə almaqla qazandırmış olursunuz.

    2Könüllü yardım: Hər kəs istəsə təqdimat günü məktəb ləvazimatı, dərslik və uşaqlar üçün bədii kitablar da gətirərək həmin uşaqlara göndərə bilər. Dərslik və kitablar işlənmiş də ola bilər. Bəhs etdiyimiz bu kampaniya barədə aşağıdakı videodan məlumat ala bilərsiniz. Təqdimat iyunun 11-i saat 14-00- dan 17-00- dək Elmlər Akademiyasının qarşısındakı parkda, açıq havada təşkil ediləcək. Bütün xeyirxah kitabsevərlərə indidən təşəkkür edirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər