Logo
    main-post-cover

    Dead Rising 4-ün ilk traileri

    Digər
    08.05.2017
    Microsoft-un press-konfransı zamanı Dead Rising 4 oyunu anons olunub. Capcom Vancouver studiyası tərəfindən hazırlanan oyun bu ilin sonunda PC və Xbox One üçün satışa çıxacaq. Hələ keçən həftə internetə sızdırılan fotolarda original oyunun baş qəhrəmanı Frank West-i görən oyunçular elə fikirləşdilər ki, yeni layihə original oyunun remaster versiyası olacaq. Lakin bu fikirlər özünü doğrultmadı. Dead Rising 4 öz süjet xətdinə sahib tamamilə yeni oyundur. Oyundakı hadisələr original oyundakı hadisələrdən 16 il sonra cərəyan edəcək. Yeni oyunu 4 nəfərlik co-op rejimlə keçmək mümkün olacaq. Silah və geyimlərin sayı isə oyun seriyası üçün rekord sayda olacaq. Müşahidə olunacaq ərazi də böyüyəcək.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Dead Rising 4-ün ilk traileri | Technote