
"Deadpool 2" filmi təsdiqlənib
"Deadpool" filminin nəticələrini gözləmədən 20th Century Fox studiyası ikinci filmin hazırlıqlarına start verib. Məlumata görə orijinal filmin ssenaristləri Rhett Reese və Paul Wernick artıq ikinci filmin ssenarisi üzərində çalışırlar. Ssenarinin nə vaxt hazır olacağı hələki bilinmir. Bundan əlavə aydın deyil ki, birinci filmin rejissoru Tim Miller ikinci hissəni çəkəcək yoxsa yox. Bu barədə rejissor studiya ilə hələki danışıqlar aparmayıb. Qeyd edək ki, film artıq böyük ekranlara çıxıb. Biletlərin öncədən satışları onu göstərir ki, premyera həftəsinin sonuna qədər film 60 milyon dollar gəlir əldə edəcək. Bu isə heç də pis nəticə deyil. Onuda qeyd edək ki, "Deadpool"-un Çində göstərilməsinə icazə verilməyib. Səbəb isə filmdə erotik və yüksək dərəcədə şiddətli səhnələrin olmasıdır.
Paylaş
Bənzər xəbərlər