
Dəhşət saçan 'Illuminatinin qızı' adlandırılan 'Poppy' kimdir? Niyə bu qədər məşhur oldu?
Son günlər birdən-birə məşhurlaşan azərbaycanca hərfi tərcüməsi "dağ laləsi" olan "Poppy" ləqəbli xanımın YouTube üzərindən yayımladığı videolar sosial mediada söz-söhbətlərə səbəb oldu. "I am Poppy" adlı monoton videosu ilə insanların əsəblərini tarıma çəkən "Poppy"nin eyni adlı kanalı 2 ildir fəaliyyət göstərir. Lakin 2015-ci ildə paylaşılan aşağıdakı video sosial mediada bir anda viral olaraq yayılmağa başladı.
Kanalında olan digər videolara da nəzər saldıqdan sonra bu xanımın Illumunati ilə bağlantılı olduğu iddiaları ortaya çıxdı və müzakirələr bir anda alovlandı. 1995-ci ildə doğulan Moriah Pereira bugünə qədər adını gizli saxlamağı bacarmışdı. Elə "Google"da kiçik araşdırma aparsanız xanım adı ilə bağlı çox az məlumatın olduğunu görərsiniz. Bəs bu balaca qızcığaz həqiqətən "youtuber"dir mi? Məqsəd sadəcə insanların əsasəblərini oynadacaq videolar paylaşmaqdır yoxsa hansısa mesajı vermək? Sual əslində qəlizdir. Bu hansısa PR çalışması və reytinq xətrinə olan bir hadisə də ola bilər lakin məsələnin dərininə getdikcə qeyri adi məlumatlar ortaya çıxır. Technote olaraq bəzi mənbələrdən müxtəlif növ informasiyalar əldə etdik və onları öz izləyicilərimizlə də paylaşmaq istəyirik.
Oğula iman edənin, sonsuz yaşamı var. Amma oğulun sözünün dinləməyən yaşamı görməyəcəkdir.
Açığı bu mesajdan biz də nəsə başa düşmədik amma "Poppy" xanım nəsə yaxşı mesaj verənə heç oxşamır. "Lowlife" adlı videosu isə dəhşət saçan bir mesajla başlayır. Klipin 13-cü saniyəsindən etibarən "Poppy" əl hərəkətləri ilə bir mesaj verir.
Mesajın cavabı isə çox sadədir.
Şeytani mesajlar verməkdən yorulmayan bu xanım haqqında daha bir maraqlı və qalmaqallı hadisə elə bu ay baş tutan Apple konfransında yaşandı. Jose Martinez adlı bir Twitter istifadəçisinin paylaşdığı videoda "Apple"ın Illumunati ilə bağlılığı iddiası ortaya atıldı. Bildiyimiz kimi, "Apple" bu konfransda bir çox yeni məhsullarını tanıtdı və bu məhsullardan biri də ev üçün səsgücləndirici idi. "Apple", tanıtım əsnasında "HomePad"in Siri ilə idarəedilməsi haqqında danışarkən ".. ya da Poppy-ni çalın" deyərək "Poppy" mövzusuna da toxunmuş oldu.
"Illuminatinin qızı" adlandırılan Poppy haqqında iddialar olduqca çoxdur. Bizim şəxsi fikirləmizi soruşsaz bu işin sadəcə PR çalışması olduğu fikrini söyləyə bilərik. Çünki əsl Illumunati qızı bu qədər açıq-aydın mesaj verməzdi. "Poppy" bu yolla diqqətləri üzərinə çəkmək və YouTube kanalında izləyici sayını yüksəltmək üçün bu yola əl atdığını düşünürük.
Paylaş
Bənzər xəbərlər