Deyəsən, zaman geriyə axmağa başlayıb: Qoca nəsil Val, rekord satış edərək özündən sonrakı nəsil olan CD-ni geridə qoyub!
Digər
27.03.2024
Farid Pardashunas
Amerika Səsyazma Sənayesi Assosiasiyasının (RIAA) məlumatlarına görə, 2024-cü ildə ABŞ-da satılan val sayı CD sayından 6 milyon ədəd çox olub. Yəni nə az, nə çox düz 43 milyon ədəd val satılıb ki, bu da son 17 ildə davamlı olaraq artmaqda davam edir və 1987-ci ildən bu yana ilk dəfədir ki, val satışı CD-ni ötüb.
Bundan əlavə, val satışlarında əldə olunan gəlirlərin CD satışında əldə olunan gəlirlərdən 3 dəfə çox olduğu da qeyd edilir. Əldə olunan gəlirlərin çox olmasında göstərilən əsas səbəb isə val qiymətlərinin yüksək olmasıdır.
Məsələyə ümumi olaraq nəzər yetirdikdə fiziki media gəlirlərinin bütün musiqi gəlirlərinin yalnız 11%-ni təşkil etdiyini görə bilərik. Buna nümunə olaraq, Spotify, Apple Music və Youtube Music kimi yayım platformaları göstərə bilərik ki, bu və buna bənzər platformalar ABŞ-dakı musiqi gəlirlərinin yalnız 84%-ni təşkil edir. Digər tərəfdən, vallar musiqisevərlər üçün nostalji hisslər yaratmaqla yanaşı, son illərdə bəzi dinləyicilər üçün orijinal səs təqdim etdiyinə görə populyarlıq qazanmış və yüksək kolleksiya dəyərinə sahib olmuşdur. CD-lər isə artıq dinləyicilər tərəfindən istifadə olunmur, hətta bir çox kompüter və avtomobillərdə CD player-lər belə yoxdur. Bu nöqteyi-nəzərdən val satışlarının CD satışlarını üstələməsinin səbəblərini anlamaq elə də çətin deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub