Logo
    main-post-cover

    DiCaprio yeni bir filmə daha hazırlaşır

    Digər
    07.05.2017
    Farid
    Paramount Pictures studiyası Erik Larsonun real hadisələr əsasında yazdığı "Devil in the White City" romanı əsasında çəkiləcək filmin müəllif hüquqlarını əldə edib. Güman olunur ki, filmin rejissoru qismində Martin Scorsese çıxış edəcək. Baş rolu canlandıracaq aktyor isə Leonardo DiCaprio olacağı bildirilir. Qeyd edək ki, Leonardo DiCaprio bu rola hələ 2011-ci ildən bəri maraq göstərib. Əgər Paramount studiyası ilə razılıq əldə olunsa bu Scorsese ilə DiCaprionun birgə çalışdıqları 6-cı film olacaq. 2003-cü ildə nəşr olunmuş romanda ABŞ tarixinin ən qorxunc cinayətkarlarından biri Henry Holmes haqqında bəhs olunurdu. 1893-cü ildə Çikaqoda keçirilmiş ümumdünya sərgi zamanı o 27 nəfərdən 200 nəfərə qədər adamı qətlə yetirmişdir. Bütün qətllər demək olar ki, onun sahibi olduğu mehmanxanasında baş vermişdir. Tibb sahəsində geniş əlaqələri olan həkim Holmes öz qurbanlarının skeletlərini tiblə əlaqəli təhsil müəssisələrinə satırdı. 1894-cü ildə at oğurluğu üstündə Holmes həbs olundu. Həbs müddəti ərzində Çikaqoda baş vermiş qətllərin məhz Henry Holmes tərəfindən törədildiyi sübut edildi. 1896-cı ildə isə Henry edam edildi. Güman olunur ki, DiCaprio məhz Henry Holmes rolunu canlandıracaq.
    Paylaş
    Bənzər xəbərlər