
Dinozavrların məhv olmalarının yeni versiyası
Dinozavrların dəqiq məhv olma səbəbi indiyənə kimi naməlum
olaraq qalır. Britaniyalı paleontoloqlar Yer kürəsinin asteroidlə toqquşması nəzəriyyəsinə
aydınlıq gətirərək dinozavrların məhv olmalarının yeni versiyasını təqdim ediblər.
Dinozavrlar 65 milyon il (Təbaşir dövrünün sonu) bundan öncə məhv olublar. Onlarla
bir yerdə sürünənlər sinfinə aid dəniz canlıları, kərtənkələ sinfinə aid uçan
canlılar və bir çox yosun növləri məhv olmuşdur. Ümumi göstəricidə 16% dəniz
canlıları və 18% quru canlıları məhv olmuşdur. Yayılmış ən məşhur nəzəriyyəyə əsasən
onların məhvinə Meksika ərazisində yerləşən Yukatan yarımadasına düşmüş
asteroid səbəb olmuşdur. Bu nəzəriyyə
bir çox dinozavr növünün məhvi ilə Çiksulub kraterinin (bu krater təqribən 65
milyon il bundan öncə Yer kürəsi ilə toqquşmuş 10 km ölçülü steroidin
krateridir) əmələ gəlmə vaxtının üst-üstə düşməsi əsasında yaranmışdır. Digər nəzəriyyələr
arasında vulkanik proseslərin aktivləşməsi, çox böyük miqdarda maqmanın yer səthinə
çıxması və s. durur.
Bəzi alimlərin fikrincə dinozavrların məhvinə ilk yırtıcı məməlilər
səbəb olub. Bu hadisəyə öz təsirini dəniz səviyyəsinin ani olaraq aşağı düşməsi,
Yer kürəsinin maqnit sahəsinin kəskin artması və s. kimi səbəblər də təsir edə
bilərdi. Təqdim olunmuş yeni nəzəriyyə asteroid hadisəsini inkar etmir. Sadəcə
olaraq onu ikinci dərəcəli səbəb kimi göstərir. Britaniyalı alimlərin fikrincə isə asteroidin
Yer kürəsi ilə toqquşması zamanı dinozavrlar artıq məhv olma astanasında idilər.
Onlar güman edirlər ki, asteroidin toqquşması ilə yaranmış dəyişikliklər sadəcə
olaraq dinozavrların məhv olma prosesinə nöqtə qoymuşdur. Mütəxəssislər yeni
növün yaranması sürəti ilə qədim kərtənkələ növlərinin məhv olma sürətini
müqayisə ediblər. Əgər ikinci faktor birinci faktoru qabaqlayırsa deməli məhv
olma qaçılmazdır. 600 növ dinozavr haqqında məlumat əsasında aparılmış
irimiqyaslı hesablamalar nəticəsində məlum olub ki, 75-80 milyon il (Çiksulub
kraterinin yaranmasından daha əvvəl) bundan öncə məhz bu cür tendensiya baş
vermişdir. Bununla belə alimlər bilmirlər ki, bu hadisə hansı səbəbə görə baş
verib. Dinozavrların yavaş şəkildə məhvinə Pangeya materikinin parçalanması,
iqlimin dəyişməsi, digər heyvan növləri ilə rəqabət və s. təsir edə bilərdi.
Paylaş
Bənzər xəbərlər