main-post-cover

    Diş çürüməsinin qarşısını almaq üçün peyvənd istehsal edildi

    Digər
    24.09.2017
    Orxan Jafarli
    Elm adamları tərəfindən edilən yeni bir araşdırmanın nəticələrinə görə diş çürüməsinin qarşısını almaq üçün bir peyvənd istehsal edildi. Test mərhələsində olan peyvəndin detalları xəbərimizdə.
    Diş çürüməsi demək olar ki, hər bir insanın həyatının müəyyən dövrlərində yaşadığı bir problemdir. Ağız qoxusu, ağrı və ilhitap kimi müxtəlif problemlərə yol aça bildiyi kimi diş itkisinə qədər gedə bilən bu vəziyyətə elm insanları tərəfindən bir həll inkişaf etdirilmiş ola bilər.
    Yan Huimin, Wuhan Viroloji İnstitutunda çalışan elm adamları tərəfindən aparılan araşdırmalara rəhbərlik etdi. Əvvəlki sınaqlardan gələn peyvənd nümunələri diş çürüklərinə müsbət cavab vermiş olsada, lakin ağızdakı müxtəlif infeksiyalara səbəb olduqları üçün tam uğurlu ola bilməmişdi.
    Fərqli zülallarla sınanan yeni bir peyvənd prototipin isə bu yan təsirlər olmadan müvəffəqiyyətlə çürük meydana gəlməsinə qarşı qoyduğunu təsbit edən elm insanları, siçanlar üzərində aparılan təcrübələrdən 100% müvəffəqiyyət nisbəti əldə etdiklərini ifadə etdi.
    Yaxın bir gələcəkdə insanlar üçün də istifadə edilməyə başlanacağı düşünülən bu yeni peyvəndin inkişaf etdirilməsinə hələlik davam edilir.
    Linki kopyala