Disney+ şaquli video formatına keçir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Disney+ bu ilin sonuna doğru tətbiqinə şaquli video lentini əlavə edəcək. Bu barədə Disney CES çərçivəsində keçirilən Global Tech & Data Showcase tədbirində elan edib. Deadline nəşrinin məlumatına görə, şirkət bu format vasitəsilə platformanı daha dinamik və fərdiləşdirilmiş hala gətirməyi planlaşdırır.
Disney-in açıqlamasında bildirilir ki, şaquli video müxtəlif kateqoriya və məzmun növləri üzrə sınaqdan keçiriləcək. Buraya xəbər və əyləncə kontentinin genişləndirilməsi də daxildir. Məqsəd Disney+ platformasını istifadəçilər üçün hər gün daxil olunacaq əsas məkana çevirməkdir.
Deadline-ın Disney rəhbərlərindən biri ilə müsahibəsinə əsasən, tətbiqdə yer alacaq şaquli videolar orijinal qısa formatlı proqramlar, sosial mediadan uyğunlaşdırılmış kliplər, eləcə də serial və filmlərdən yenidən montaj edilmiş səhnələrdən ibarət ola bilər.
Qeyd edək ki, Disney ötən il ESPN tətbiqində “Verts” adlı şaquli video bölməsini istifadəyə vermişdi. Netflix isə artıq bir müddətdir ki, serial və filmlərindən ibarət şaquli video lentini test edir.
Paylaş