
Dünyanın ən hündür binası tikilir
Dünyanın hal hazırda ən hündür binası Bürc Xəlifə (828 m) tezliklə bu titulu itirə bilər. Memarlar və mühəndislər BƏƏ-də yeni Bürc əl Məmlək (Jeddah Tower və ya Kingdom Tower) adlı binanın tikintisinə başlayıblar. 2018-ci ildə tikintisi bitməsi gözlənilən binanın hündürlüyü 1 km olacaq. Bu həftə ərəb şeyxləri bu layihə üçün 2.2 milyard dollar pul ayırıb. Binanın memarı Bürc Xəlifəni tikən Edrian Smit olacaq. Hal-hazırda binanın 26-cı mərtəbəsi tikilir. Binanın yuxarı mərtəbələrindən Qırmızı dənizə mənzərə olacaq. Aşağda binanın konsept fotoları ilə tanış ola bilərsiniz.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...