Logo
    main-post-cover

    DOGE amerikalıların SSN məlumatlarını sui-istifadə etmiş ola bilər

    Digər
    21.01.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də Donald Trump administrasiyası ilk dəfə etiraf edib ki, Department of Government Efficiency (DOGE) çərçivəsində çalışan iki nəfər amerikalıların Sosial Təhlükəsizlik nömrələrindən (SSN) qanunsuz şəkildə istifadə etmiş ola bilər.
    Elon Musk
        Məhkəməyə təqdim olunan sənədlərə əsasən, həmin şəxslər 2025-ci ilin martında siyasi təbliğatla məşğul olan bir qrupla əlaqəyə keçiblər. Qrupun məqsədi seçici siyahılarını analiz edərək bəzi ştatlarda seçki nəticələrini şübhə altına almaq və ləğv etdirmək olub. ABŞ Ədliyyə Nazirliyinin rəsmisi Elizabeth Şapironun bildirdiyinə görə, həmin qrup DOGE üzvlərindən əldə etdikləri seçici siyahılarını Sosial Təhlükəsizlik məlumatları ilə tutuşdurmağı xahiş edib. Bundan sonra DOGE üzvlərindən biri, Social Security Administration (SSA) əməkdaşı kimi çıxış edərək qrupla rəsmi “Voter Data Agreement” (Seçici Məlumatları Razılaşması) imzalayıb və göndərib.
        Sənədlərdə qeyd olunur ki, bu proses zamanı məhkəmə qərarı ilə qadağan olunmuş şəxsi məlumatlara, o cümlədən Sosial Təhlükəsizlik nömrələri, tibbi məlumatlar və digər həssas informasiyalara çıxış olmuş ola bilər. Həmçinin bu məlumatların təsdiqlənməmiş üçüncü tərəf serverlərinə ötürüldüyü ehtimal edilir. Hazırda məlumatların faktiki olaraq paylaşılıb-paylaşılmadığı dəqiq bilinmir. Lakin elektron yazışmalar DOGE üzvlərinin SSA bazasından məlumat çıxararaq seçici siyahıları ilə uyğunlaşdırmaq üçün cəlb edildiyini göstərir.
    Paylaş