Logo
    main-post-cover

    DOGE departamenti bağlandı: Elon Musk-dan sonra təşəbbüs dayandırılıb

    Digər
    24.11.2025
    Sevinc
        Technote.az Mashable platformasına istinadən bildirir ki, ABŞ hökumətində yaradılmış Department of Government Efficiency (DOGE) artıq mövcud deyil. Layihə onun faktiki rəhbəri hesab olunan Elon Musk-ın may ayında vəzifədən ayrılmasından sonra səssiz şəkildə ləğv edilib və yeddi aydan daha tez müddətdə fəaliyyətini dayandırıb.
        Reuters yazır ki, ABŞ-nin Office of Personnel Management (OPM) federal hökumətin insan resursları və kadr siyasətinə cavabdeh qurumun direktoru Skott Kupor bu ayın əvvəlində DOGE-un artıq mövcud olmadığını və mərkəzləşdirilmiş qurum kimi fəaliyyət göstərmədiyini təsdiqləyib. Reuters-in əldə etdiyi sənədlərə əsasən, DOGE-a aid olan bir çox funksiyalar artıq OPM tərəfindən icra olunur.
        Kupor sonradan X platformasında yayımlanan Reuters xəbərini tənqid etsə də, onun məzmununun doğru olduğunu da təsdiqləyib. O bildirib ki, DOGE təşkilat olaraq həqiqətən də ləğv olunub, lakin departamentin prinsipləri və məqsədləri hökumət daxilində tətbiq edilməyə davam edir.
    Paylaş