
Dünyada bir ilk. Afrikada blockchain əsaslı prezident seçkiləri keçirildi
Qərbi Afrikanın Serra-Leona adlı dövlətində 7 Mart tarixində prezident seçkilərinin ilk turu keçirildi.
Səsvermədə əhalinin 70%-i iştirak
edib. Seçkilərdəki səslərin hesablanması üçün isə ilk dəfə blockchain
texnologiyasından istifadə olunub. Onun hazırlanmasında Agora adlı startapın
CEO-su Leonardo Gammar iştirak edib. Bu barədə Techcrunch saytı xəbər verib. Səsvermə
prosesi blockchain texnologiyası vasitəsilə anonim şəkildə keçirilib. Səsvermədə
iştirak etmiş hər bir şəxs nəticələr ilə tanış ola bilər.
“Serra-Leona dövləti seçkidə iştirak edən insanlar üçün düzgün seçki atmosferi yaratmaq istəyir. Əsasən də bu, seçkilərdən sonrakı ictimai qiymətləndirməni əhatə edir. Blockchain-dən bülletenlərin dəyişdirilə bilməyən qeyd prosesi və səsvermə nəticələri kimi istifadə edərək ölkə prezident seçkilərini legitimləşdirməyi və müxalifət partiyaları tərəfindən olan qınaqların sayını aşağı endirməyi ümid edir” – deyə Gammar bildirib.
Bundan əlavə olaraq o, blockchain-in desentrəlizə olunmuş
sisteminin vacibliyini də qeyd edib. Agora startapının CEO-su Leonardo Gammar və
onun komandası bu məhsulu Afrikanın digər ölkələrinə də yaymağı planlaşdırır.
Blockchain texnologiyasının seçki proseslərinə inteqrasiya olunması həmçinin
korrupsiyanın qarşsını almaq və adi kağız bülletenlərindəki xərclərin aşağı
salınması üçün nəzərdə tutulub. Serra-Leonadə prezident seçkilərinin ikinci
turu 27 Mart tarixində baş tutacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...