Dünyada ilk dəfə bioloji və süni beyin neyronları arasında əlaqə yaradılıb

Dünyada ilk dəfə bioloji və süni beyin neyronları arasında əlaqə yaradılıb

Digər
02.03.2020 PAYLAŞIM

    Avropalı alimlər dünyada ilk dəfə beynin təbii və süni neyronları barəsində əlaqəni təmin edə biliblər. Bu əlaqə həmin neyronların arasında yüzlərlə kilometr məsafə halında yaradılıb. Bu barədə 4pda saytı xəbər verib. Təcrübənin aparılması üçün İtaliyada yerləşən Padui Universitetinin alimləri laboratoriya şəraitində siçan neyronlarını yaradıblar. İsveçrədə yerləşən Sürix Universitetinin alimləri isə silisiumdan hazırlanmış mikroçiplər üzərində süni neyronların yaradılması ilə məşğul olublar. Nanoelektron sinapslar üzərində idarəetmənin reallaşdırıldığı virtual mühit İngiltərədə yerləşən Sauthempton Universitetində yaradılıb.

    Təcrübə çərçivəsində alimlər dünyanın müxtəlif yerlərində yerləşən bioloji və süni neyronların arasında internet vasitəsilə siqnalların ötürülməsinə imkan verən hibrid şəbəkə yarada biliblər. Tədqiqatçların gözləntilərinə əsasən bu yeni texnologiya elmi cəmiyyətin böyük diqqətinə səbəb olacaq. Tədqiqatda qeyd edilib ki. bioloji və süni neyronlar arasında bu cür qarşılıqlı əlaqəyə təbiətdə rast gəlinmir. Tədqiqatçıların fikirlərinə əsasən bu cür texnologiya öz növbəsində beynin funksional olmayan hissələrinin süni zəkaya sahib mikrosxemlər ilə əvəz edilməsi üçün nəzərdə tutulmuş tədqiqatların aparılması yolunda neyroprotez texnologiyalarının əsasını qoyacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


'Sapiens' və 'Homo Deus' kitablarının müəllifi Yuval Noah Harari: Koronavirusdan..

İnsan sivilizasiyası qlobal böhran yaşayır. Bu bəlkə də bizim nəslimizin ən böyük böhranıdır. İnsanl..


İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bi..

Bir çoxlarının fikirlərinə əsasən koronavirus ilə mübarizə çərçivəsində tətbiq edilən sərt karantin ..


Astronomlar yeni növ qara dəliyin mövcudluğuna dair sübutlar əldə ediblər (VİDEO..

Astronomlar orta kütləli qara dəliyin mövcud olmasının vacib sübutlarını aşkar ediblər. Belə ki, həm..


Telegram yeniləndi: 6.0 ilə bir çox yenilik gəldi

Telegram 6.0 bir çox yeniliyi istifadəçilərə təqdim etdi. Bu yenilənmə ilə bir çox maraqlı funksiya ..


Alibaba, Azərbaycana Covid-19 koronavirus pandemiyası səbəbilə yardım edəcək..

Alibaba və qurucusu Jack Maa, pandemiya səbəbilə 10 ölkəyə yardım paketi göndərəcək.


Bu elektronika mağazaları virusa görə kreditlərə möhlət verdi

Koronavirus pandemiyası səbəbilə elektronika mağazaları Kontakt Home, İrşad electronics və digərləri..