Dünyanın ən yaxşı 5 texnologiya və mühəndislik təhsili verən universitetlərini seçmişik

20.03.2018 0 PAYLAŞIM 1186 OXUNMA

    Dünyanın ən yaxşı texnologiya və mühəndislik universitetləri hansılardır? Hansı universitetlər bu sahə üzrə ən yaxşı təhsili verir? Dünyanın hər tərəfindən texnologiya sahəsində ən yaxşı universitetləri bir yerə gətirmişik.

    Texnologiyanın sürətli inkişafı və həyatımızın hər sahəsinə girməsi bu barədə alınacaq təhsilin zəruriliyini də xeyli artırıb. Sürətlə inkişaf edən texnologiyaya sadəcə ayaq uydurmaq yox, istiqamət vermək istəyən gənclər bu sahədə ən yaxşı təhsil verən universitetləri hədəfə alır. 

    ABŞ-ın Kaliforniya əyalətində Los Anceles şəhərinin Pasadena bölgəsində yerləşən Kaliforniya Texniki Universiteti 1892-ci ildə 31 tələbə və 6 nəfərlik müəllim heyəti ilə quruldu. 6 ədəd Turing, 34 ədəd Nobel və 1 ədəd Fields mükafatına sahib qurum bundan başqa NASA-ya aid Jet Propulsion Laboratoriyasının idarəçiliyini də edir. Gordon Moore (INTEL qurucusu) kimi bir çox məşhur elm adamı və idarəçi yetişdirən universitet bir tələbəyə düşən şəxsi göstəricilər baxımından uzun müddətdir ki, birinci yeri əlində saxlayır. 


    Kaliforniyanın Silikon Vadisinin mərkəzində yerləşən Stenford Universiteti dünyanın ən yaxşı təhsil verən və araşdırmalar aparan universitetlərindən biridir. 1891-ci ildə açılmasından bu yana 28 ədəd Turing, 60 ədəd Nobel və 7 ədəd Fields mükafatı qazanıb. Sundar Pichai (Google SEO-su)Marissa Mayer (Yahoo SEO-su) kimi texnologiya sahəsində uğurlu şəxslər yetişdirən universitet 700 binadan ibarət nəhəng bir kampusa sahibdir. 


    İngiliscə danışılan dünyadakı ən qədim universitet olan Oksfordun bənzəri yoxdur. Yazılı mənbələrdən anlamaq olar ki, Oksford əvvəllər vəqf kimi fəaliyyət göstərib. 1096-cı ildə isə təhsil mərkəzinə çevrildiyi düşünülür. Nobel mükafatlarına sahib Oksford Stiven HokinqTim Berners Lee (WWW-nun yaradıcısı) kimi məşhurlara təhsil verib. Ümumi 38 kollecdən və daxilindəki 3 akademik bölmədən ibarətdir. 


    ABŞ-ın Massaçussets əyalətindəki Massaçussets Universiteti 1861-ci ildə quruldu. 85 ədəd Nobel, 19 ədəd Turing və 6 ədəd Fields mükafatına sahib olan bu qurum Buzz Aldrin (Apollo 11 kosmonavtı), Robert Noyce (INTEL qurucusu) Drew Houston (Dropbox qurucusu) kimi məşhur adları yetişdirib. 


    Kembriç Universiteti dünyanın ən qədim universitetlərindən və akademik mərkəzlərindən biridir. Öz-özünü idarə edən akademik cəmiyyətə sahib olan universitetin sahib olduğu dəyərlər universitetin uzun tarixinin ilk illərinə qədər gedib çıxır. 800-cü ilini keçən il tamamlayan Kembriç 1902-ci ildə qurulub. Stiven Hokinq, Ernest Rutherford və Niels Bohru yetişdirən qurum indiyə qədər 95 ədəd Nobel və 10 ədəd Fields mükafatını qazanıb. Mühəndislik və Texnologiya sahəsində ən yaxşı 5 universitetdən biri adına sahib olan Kembriç İsaak Nyutonun müəllim kimi işlədiyi universitetdir.