
Dünyanın Mərkəzinə Doğru Qazaraq Getməyə Çalışsaq Nələr Olar?
Xəyal qurmağı azacıq da olsa sevirsinizsə, Dünyanın mərkəzinə getməyi, ən azından bunu edə biləcək texnologiyanız olsa necə bir təcrübə olacağını düşünmüsünüz. Bu da cavabı:
Yeri
qazaraq dünyanın digər ucundan çıxa biləcək bir texnologiyamız olsa, biz
dünyanın mərkəzinə yaxınlaşdıqca ağırlığımız azalar və mərkəzə çatdığımızda
ağırlığımız sıfır olar. Yəni qravitasiya qüvvəsi ortadan qalxar.
Deyək
ki, ürəyimiz sıxıldı və evdə lazımlı texnologiyamız var. Dünyanın mərkəzinə
doğru qazmağa başladıq. Biz mərkəzə endikcə, üstümüzdə qalan dünyanın kütləsi artdığı
üçün, ağırlığımız getdikcə azalar və sıfırlanar. Sanki kosmosdaymışıq kimi hiss
edərik.
Deyək
ki, xəyal gücümüzü biraz daha zorladıq, dünyanın mərkəzindən keçərək digər
ucundan çıxan bir tunel qazdıq və içindəki havanı boşaltdıq. Özümüzü bu tunelə
sərbəst düşüşə buraxdığımız zaman sürətimiz mərkəzə qədər artıb, daha sonra
yavaşlayar. Və biz dünyanın o biri ucundan tam çıxacaqkən geri, mərkəzə doğru
düşməyə başlayarıq. Və sonsuza qədər bir o uca, bir bu uca səyahət edərik. İşin daha maraqlı tərəfi isə dünyanın bir ucundan tunelə
daxil olub, o biri ucundan çıxmanın sadəcə 41 dəqiqə davam edəcək olmasıdır!
Bunu
dünyada etmək hər nə qədər imkansız kimi görünsə də, soyuq bir nüvəsi olan və
üzərində su olmayan ayda edilməsi daha rahatdır.
Paylaş
Bənzər xəbərlər