Logo
    main-post-cover

    Duolingo Super Bowl LX öncəsi “Bad Bunny 101” dərsini işə saldı

    Digər
    27.01.2026
    Ilhama
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Duolingo Super Bowl LX-in fasilə şousunda səhnə alacaq Bad Bunny üçün xüsusi “Bad Bunny 101” adlı yeni kampaniyasını təqdim edib. Kampaniyanın məqsədi pərəstişkarlara onun mahnı sözlərini anlamaq üçün kifayət edəcək qədər ispan dili öyrətməkdir.
    YouTube 9t7KaaB8hA4
        Duolingo-nun reklam materiallarında istifadəçilərdən Bad Bunny-nin məşhur “Tití me preguntó” mahnısının adının tərcüməsini tapmaq istənilir. Bununla yanaşı, tətbiqin məşhur bayquş maskotu Duo da Bad Bunny üslubuna bürünüb. Duolingo-nun marketinq direktoru Manu Orssaud San Francisco Chronicle-a verdiyi açıqlamada bildirib ki, ispan dili ABŞ-də ən çox danışılan ikinci dildir və artıq pop mədəniyyətin ayrılmaz hissəsinə çevrilib. Onun sözlərinə görə, dil öyrənmək təkcə praktik bacarıq deyil, eyni zamanda mədəni təcrübədir.
        Bu, Duolingo-nun Bad Bunny ilə bağlı ilk təşəbbüsü deyil. Şirkət hələ 2023-cü ildə blog yazısında ifaçının mahnılarında “gizlənmiş ispan dili dərsləri” olduğunu vurğulamış və musiqini dil öyrənmə aləti kimi təqdim etmişdi.
    Paylaş