
Ehtiyyatlı olun: Saxta WhatsApp Plus üzərindən yeni virus yayılır
Digər
06.04.2018
Farid
Malwarebytes Labs şirkəti saxta WhatsApp tətbiqi aşkar edib.
Həmin saxta tətbiq vasitəsilə hackerlər istifadəçinin bütün məlumatlarını əldə
edə bilirlər. Zərərli virus WhatsApp Plus adı altında sosial şəbəkə rəylərində
və internet forumlarda yayılır. WhatsApp-ın bu zərərli versiyası istifadəçinin
diqqətini eyni anda 4 hesab yaratmaq, ismarışların yazılması üzrə gizli
bildiriş və ismarışların oxunması bildirişləri kimi funksiyalar ilə cəlb edir. Sözügedən fake WhatsApp versiyası Android/PUP.Riskware.Wtaspin.GB. adlı zərərli
koddan istifadə edir.

Məlumata əsasən fake versiyasını artıq 1000 nəfərdən çox
insan yükləyib. WhatsApp Plus istifadəçinin telefon nömrəsi, ismarışları və adı
kimi məlumatları oğurlayır. Tətbiqi smartfona quraşdırandan sonra o, ekranda
qızıl loqolu WhatsApp yazısını və URL ünvanı əks etdirir. Tətbiq istifadəçidən
özəl məlumatlara keçid icazəsini istəyir. İstifadəçi buna razılıq verəndən
sonra tətbiqin yenilənməsi saytına avtomatik keçid edir. Lakin həmin saytda
istifadəçi yenilənmə əvəzinə zərərli virusu öz smartfonuna yükləyir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
