
Okeanın oksigendən məhrum olmuş zonaları həyatsız qalırlar. Hər il isə belə ölü zonaların sayı getdikcə artır.
Dünya pkeanında təhlükəili tendensiya inkişaf edir. Söhbət, oksigen miqdarının azalmış olduğu zonaların yaranmasından gedir. Bunun əsas səbəbi isə axınlardan suya düşən azot-fosfor gübrələridir. Nəticədə birhüceyrəli dəniz yosunlarının (oksigeni udan və bakteriyalar üçün olan qida mənbəyi) çiçəklənməsi baş verir. Bura qlobal istiləşməni də əlavə etdikdə proses daha da sürətlənir. Belə ki, yüksək temperatur yosunlar üçün optimal variantdır.
Okeana şəhər qazonlarından və kənd təsərrüfatı sahələrindən gübrələr düşür. İlk dəfə alimlər bunu 1950-ci ildə müşahidə etməyə başladılar. Həmin vaxtdan isə Dünya okeanında olan ölü zonalarının say artımını təyin etmək mümkündür. Belə ki, bu vəziyyəti yalnız dünya cəmiyyətinin dəstəyi sayəsində dəyişmək olar. 1995-ci ildə bütün planet üzrə 305 ölü zona aşkar edilmişdi. 2007-ci ildə bu göstərici 405 olmuş, son 10 illikdə isə 10 dəfə artmışdır. Bu cür nəticələr beynəlxalq alimlər qrupunun tədqiqatları əsasında əldə olunub. Bundan əlavə olaraq həmçinin çay mənsəbləri, dəniz sahilləri və sahillərdən uzaq zonalar da həyatsız vəziyyətə düşürlər.
Bununla da bir çox dəniz canlıları həmin zonalarda yaşaya bilmirlər. Bu cür zonaların artması qalan yerlərdə kəskin rəqabətin yaranmasına və müxtəlif canlı orqanizmlərin məhv olmasına gətirib çıxardır. Bununla yanaşı bu, bütün planetə də təsir edir. Belə ki, atmosferə oksigenin böyük bir hissəsi məhz Dünya okeanından gedir. Sonda isə oksigenin azalması zərərli maddələrin konsentrasiyasına gətirib çıxardır. Bu təhlükəli tendensiyanı dayandırmaq üçün qlobal istiləşmə ilə mübarizədə daha ciddi addımlar atmaq lazımdır.
Şərh yoxdur