
Elektrik sahəsinin iki dahi şəxsiyyəti arasındakı müharibə. Nikola Tesla, Thomas Edison-a qarşı. Bu müharibədə kim qalib gəldi?
Bütün dünya bu 2 insan sayəsində
işıqlandırılır. Lakin bir faktı da qeyd etmək lazımdır ki, bu 2 şəxs bir-birinə
qarşı düşmən olublar. Telefon, fonoqraf, radiolokasiya sistemləri, yüksək
tezlikli texnikalar, buxar turbinləri və s. Bütün bu ixtiralara sözügedən 2 şəxsin
səyləri səbəb olmuşdur. Söhbət, Nikola Tesla və Thomas Edison-dan gedir. Lakin
onların ən böyük ixtiraları evlərdə və küçələrdə olan işıq sistemləridir. Belə
ki, onlar elektriklə bağlı olan hər şeyin əsasını qoyublar. Məhz elə elektilli
cihazlar bu 2 şəxsin müharibə meydanına çevrilmişdir.
Xorvatiyada anadan olmuş Nikola
Tesla hələ azyaşlı vaxtlarında öz dahiliyinin ilkin əlamətlərini kəşf etmişdi.
Belə ki, hələ uşaq ikən onun beynində fantastik ideyalar yaranırdı. O, çoxlu
kitab oxuyur və həmin kitabların qəhrəmanları onu üstün insan etməyə sövq
edirdilər. Gündəlik həyatda Tesla, yuxuya sadəcə 4 saat vaxt ayırırdı.
Tesla, təhsilə
baş qoşaraq texniki elmlərlə maraqlanırdı. Lakin bununla yanaşı o həmdə
professional şəkildə musiqidə, linqvistikada, fəlsəfədə biliklərə sahib idi və
bir neçə dildə danışa bilirdi. Rezerford onu “Elektrikin Peyğəmbəri” adlandırırdı.
Hələ 24 yaşında ikən Tesla özünün dəyişən cərəyan ideyasını Praqa
Universitetinin Peshl adlı professoruna söyləmişdi. Lakin professor onun bu
ideyasına etinasız yanaşmışdı. Nəticədə Tesla öz bütün mülkiyyətini sataraq
Thomas Edison-un yanına ABŞ-a yollanmışdı.
Həmin vaxtda Tesla-dan 9 yaş böyük
olmuş Edison artıq bütün dünyada tanınırdı. Hamı onu özünü inkişaf etdirən bir
şəxs kimi tanıyırdı. Günlərin birində məktəb müəlliməsi Edison-u ağılsız biri
kimi adlandırmışdı. Edison-un anası onu məktəbdən çıxartmış və Edison öz təhsilini
özü davam etdirmişdi. Edison çox oxuyurdu və onunla eyni yaşda olan uşaqların
sahib olduqları oyuncaqlara sahib deyildi. Buna görə də o öz oyuncaqlarını özü
düzəldir və təkmilləşdirirdi.
Bütün həyatı boyunca öz işinə o bu cür yanaşdı.
Varolan ixtiraları və prinsipləri götürərək onları təkmilləşdirmək və ideal vəziyyətə
gətirmək. Guglielmo Marconi, teleqarfı, Alexander Graham Bell ilk telefonu,
Lumiere qardaşları film çəkən cihazı icad etmişdilər. Lakin bu ixtiralardan
kommersiya xeyri qazanmış ilk şəxs məhz Thomas Edison oldu. Belə ki, o, sözügedən
cihazları təkmilləşdirib onları rahat, məşhur və satılan etdi. Nəticədə gənc ixtiraçı, Menlo-Park adlı yerdə
öz laboratoriyasını quraraq onu qısa zamanda ixtiraların olunduğu fabrikə
çevirdi. Həmin yerdə çoxlu sayda mühəndis və alim çalışırdı.
ABŞ-a çatan kimi Nikola Tesla məhz
bu fabrikə üz tutdu. Həmin illərdə Edison artıq közərmə lampasının və daimi cərəyan
generatorunun patentini almışdı. Bununla yanaşı o, şəhər işıqlandırma sistemini
də təkmilləşdirirdi. Tesla-nın layihəsini incələmiş Edison, layihəni bilinməyən
bir vaxta kimi saxladı.
Əvəzində isə o, Tesla-ya daimi cərəyan əsasında
hazırlanan sistemin üzərində çalışmağı təklif etdi. Tesla bu təklifi qəbul
etdi. Lakin o yenə də gizli şəkildə özünün dəyişən cərəyan sistemini təkmilləşdirməyə
davam etdi və 1 ildən sonra onun patentini aldı. Lakin Edison öz qısqanclığı
ucbatından Tesla-nın layihəsinə qarşı müharibə elan etdi və nəticədə Tesla,
Menlo-Parkdan getməli oldu.
Lakin yaxşı ki, sənaye sahibi və
ixtiraçı George Westinghouse daha
dərrakəli insan idi. Tesla-nın məruzələrindən birində çıxış etmiş Westinghouse
onun ideyalarını yüksək qiymətləndirərək generator, elektromühərrik,
transformator və digər mexanizmlərə olan patentləri Tesla-dan 1 milyon dollara
aldı. Daha sonra “Westinghouse” şirkətinə məxsus olan Niaqara su elektik stansiyası
dəyişən cərəyan yaratmağa başladı.
İlk baxışdan qalibin kim olduğu artıq bəlli
idi. Lakin Edison, Tesla-ya heç bir şans vermədi. Belə ki, dəyişən cərəyanın
iqtisadi cəhətdən məqsədəuyğun olmamasında yetəri sübutlar gətirə bilməyərək
uğursuzluq qazanan Edison digər arqumentlərə üz tutdu. O, dəyişən cərəyan vasitəsilə
çalışan cihaz və mexanizmlərdən istifadənin insan üçün təhlükəsi barəsində məlumatlar
yayırdı. Həqiqətən də bu suallar heç də zarafat deyildi.
Həmin illərdə Nyu York ştatının
parlamenti tərəfindən ölüm hökmlərinin daha humanist şəkildə keçirilməsi
üsullarının seçilməsi üçün xüsusi komissiya yaratmışdı. Bundan istifadə etmiş
Edison, dəyişən cərəyan sistemi üzərində hamıya bir faktı nümayiş etdirmişdi.
Belə ki, bir neçə pişik və iti, 1000 volt cərəyanlı (təbii ki, dəyişən cərəyan)
metal plastinin üzərinə qoymuşdular. Həmin mənzərədən sonra mətbuat,
heyvanların ölümlərini açıq aydın yazmışdı.
Bu mübarizəyə həmçinin
Menlo-Park-ın işçiləri də qatılmışdı. Belə ki, Brown və Peterson adlı şəxslər,
1000 voltluq daimi cərəyanı itin bədənindən keçirtmişdilər. Nəticədə it əziyyət
çəksə də ölmədi. Lakin hətta 330 voltluq dəyişən cərəyanı itin bədənindən
keçirdəndə o dərhal ölmüşdü. Westinghouse öz nüfuzundan istifadə edərək bu cür
nümayişlərə protest verməyə çalışırdı. O, New York Times-a açıq məktub göndərmişdi. Həmin məktubda Westinghouse,
Brown-u, Edison-un şirkətinin maraqları üçün hərəkət etdiyi barədə ittiham
etmişdi. Lakin artıq gec idi.
Bütün bunlara baxmayaraq Nikola
Tesla yaxşı bir cavab hazırlamışdı. Bir neçə ildən sonra Çikaqoda keçirilmiş
Ümumdünya sərgisində Tesla-nın nümayişi bütün dünyanı heyrətləndirdi. Belə ki,
həmin nümayiş zamanı o, tamamilə sakit vəziyyətdə milyon voltluq dəyişən cərəyanı
öz bədənindən keçirtmişdi. İldırımlar onun dərisinin üzərində sanki rəqs
edirdilər. Lakin Tesla sağ-salamat idi. Öz elektrik cərəyanlı əlləri ilə heç
bir naqilə qoşulmamış lampanı götürən zaman isə lampa onun əlində yanırdı. Bu,
möcüzəyə bənzəyirdi. Daha sonra Edison sülh bağlamalı oldu. Edison-un “General Electric” şirkəti isə
elektrik cihazları üçün patentləri “Westinghouse” şirkətindən almalı oldu. Əgər həmin illər ərzində
Edison, ixtiraçı və sahibkar kimi tanınırdısa, Tesla dəlisov dahi kimi
tanınırdı.
O, saatlarla parkda tək gəzərək “Faust” əsərini ifadəli şəkildə
oxuya bilərdi. Öz ixtiralarının böyük bir hissəsini o, ağlında edirdi.
“İdeya yaranan zaman mən onu öz ağlımda təkmilləşdirirəm. Mənim ağlımda çalışması üçün mən ideyanın konstruksiyanı dəyişib, təkmilləşdirir və onu işə salıram. Mənim üçün tamamilə fərqi yoxdur ki, mən öz ixtiramı ağlımda və ya laboratoriya şəraitində test edirəm” – deyə Tesla bildirmişdi.
Lakin praktik cəhətdən həmin ixtiralar
heç də həmişə uğurlu olmurdu. Günlərin birində Tesla tərəfindən aparılmış təcrübə
zamanı onun laboratoriyasından kilometrlərlə uzaqda yerləşən Nyu Yorkdakı
tikililərin divarları vibrasiya etməyə başlamışdı. Lakin polislərin bu hadisəyə
müdaxiləsi sayəsində tikililərin fəlakətli aqibətinin qarşısı alınmışdı. “Mən
Bruklin körpüsünü bir neçə saata məhv edə bilərdim” – deyə Tesla etiraf edirdi.
Lakin onun bu cür təcrübələrinə görə onu bağışlayırdılar. Çünki onun etdikləri
həmin vaxtdakı elm səviyyəsini qabaqlayırdı. 1915-ci ildə New York Times elan etdi ki, Nikola
Tesla və Thomas Edison, fizika sahəsində Nobel mükafatı ala bilərlər. Lakin nəticədə
onlardan heç biri bu mükafatı almadı. Belə ki, onların hər ikisi bu mükafatdan
imtina etmişdi. Görünür, onlar əvvəlki hadisələrdən qazandıqları inciklikləri
bir-birilərinə bağışlaya bilmədilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...