Elektriklə işləyən avtomobillər, ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin ediblər!
Digər
12.07.2024
Farid Pardashunas
Elektrikli nəqliyyat vasitələri geniş yayıldıqca, bu vasitələrin şəbəkələri dəstəkləmə qabiliyyəti də gündəmdə yer almağa başlayır. Bu çərçivədə elektriklə işləyən avtomobillər ilk dəfə olaraq elektrik şəbəkəsini kəsinti zamanı enerji ilə təmin edib.
Avstraliyanın paytaxtı Kanberra-da güclü qasırğa zamanı on minlərlə ev işıqsız qalıb. Bu nasazlığı aradan qaldırmaq üçün elektrik şəbəkəsinə 10 dəqiqə ərzində elektriklə işləyən avtomobillərin akkumulyatorlarından enerji verilib. Beləliklə, dünyada ilk dəfə olaraq fövqəladə vəziyyət zamanı bu növ avtomobildən elektrik şəbəkəsinə enerji ötürülmüş oldu. Açıqlamaya görə, milli şəbəkəyə ümumilikdə 107 kilovat dəstək verilib. Kəsilmə zamanı işin aparıldığı ərazidə 16 ədəd “Nissan Leaf” markalı elektrik avtomobili enerjiyə taxılıb.
Məlumatlara görə, əgər fasilə zamanı 105 min avtomobil bu şəkildə şəbəkəyə qoşularsa, Avstraliyanın böyük hissələri üçün lazım olan elektrik enerjisini təmin etmək mümkündür. Digər tərəfdən, təbii ki, şəbəkəyə 16 avtomobilin gücü bütün evlərdə işıqların yandırılması üçün kifayət etməsə də, bu hadisə, bu istiqamətdə atılan ilk addım kimi yadda qalmağı bacardı. Kanberra-da bu məqsədə xidmət edən cəmi 51 avtomobil var və bu rəqəmin artırılması planlaşdırılır.
Hər şeydən əvvəl, şəbəkəyə qoşulmuş avtomobillər hər dəfə elektrik şəbəkəsinə qoşulduqda şəbəkəyə nəzarət etməli və milli şəbəkə sürətlə enerji itirdikdə sistemi yenidən balanslaşdırmaq üçün işə başlamalıdır. Bununla bağlı qanunvericilik də mövcuddur. Nəqliyyat vasitəsi sahibləri öz iradələrinə zidd olaraq avtomobillərindən enerji alınmasını istəməyə bilərlər. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Həmçinin milli şəbəkə həddindən artıq yükləndiyi zaman hazırda şarj olan nəqliyyat vasitələrinin şarj prosesini dayandırmağı da bir həll yolu olaraq bildirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Elektikli avtomobil istifadəçiləri, benzinlə işləyən avtomobillərə geri qayıtmağa hazırlaşır!
Sorğu nəticəsində məlum olub ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.
İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
İflas etmiş Fisker markası, əldə qalan bütün elektrikli avtomobilləri ucuz qiymətə satmağa hazırlaşır!
İflas üçün müraciət edən elektrikli avtomobil istehsalçısı Fisker, inventarında olan 3000-dən çox Ocean elektrikli SUV modelinin hər birini 14 min dollardan satışa çıxarmaq istəyir.
Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
Daxili yanma mühərrikli avtomobillər tarixə qovuşur!
Son statiskalara əsasən elektrikli avtomobillərə tələbat artarkən daxili yanma mühərrikli avtomobillərin satış miqdarı da bir o qədər azalmağa başlayıb. Bəs bu yarışı hansı növ avtomobillər qazanacaq?
Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
Elektrikli avtomobillər, mis hasilatını əhəmiyyətli dərəcədə artıracaq!
Yollarda elektriklə işləyən avtomobillərin sayı artdıqca, bu avtomobillər üçün tələb olunan xammala olan tələbat da artır. Buna görə də mis hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün güclərini birləşdirir!
Bildirilir ki, Toyota, Nissan və Honda yeni nəsil avtomobillər üçün süni intellekt və çiplər üzərində birləşəcək. Məlumatlara görə, əməkdaşlıq 7 sahəni əhatə edəcək.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!