
Elon Musk, 1 ildə qurulacaq sistemi 19 gündə quraraq Nvidia-nı heyrətləndirib!
Digər
18.10.2024
Aslan
Elon Musk, Nvidia-dan aldığı 100 min ədəd H200 sürətləndiricisini cəmi 19 gündə quraşdıraraq işə salıb və bu, Nvidia-nın rəhbərini təəccübləndirib.
Nvidia-nın ən böyük müştərilərindən biri olan Elon Musk, illərdir firmanın ən güclü sürətləndiricilərini alaraq öz şirkətlərində istifadə edir. Tesla-nın avtonom sürüş superkompüteri, xAI platformasının Grok robotu kimi komponentlər Nvidia sürətləndiriciləri üzərində qurulub. Elon Musk özünün inkişaf etdirdiyi çiplərlə serverləri dəstəkləsə də, əsas güc hələ də Nvidia-dadır. Nvidia rəhbəri Jen Sen Huang-ın verdiyi müsahibə, Elon Musk şirkətlərinin nə dərəcədə praktik və sistemli işlədiyini göstərir. Keçmişdə X platformasında istifadə üçün 100 min ədəd Nvidia H200 sürətləndiricisi alan Elon Musk, sistemi cəmi 19 günə işlək vəziyyətə gətirib.

Huang belə bir layihənin təxminən 4 il çəkəcəyini vurğulayır və təəccübünü gizlədə bilmir. O, 3 illik planlaşdırma mərhələsindən sonra 1 il ərzində sürətləndiricilərin quraşdırılaraq sistemi süni intellekt əməliyyatları üçün hazır vəziyyətə gətirildiyini qeyd edir. Huang belə bir şeyin daha əvvəl sınaqdan keçirilmədiyini və Elon Musk-ın dünyanın ən sürətli qurulan superkompüterinə sahib olduğunu bildirir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
