
Elon Musk 2 günə odpüskürən satmaqla 5 milyon dollar qazandı (VİDEO)
Elon Musk “The Boring Company” şirkətinin istehsalı olan orijinal odpüskürəninin uğurlu satışından xəbər verdi.
Sözügedən odpüskürənin ön sirafişi açılandan 2
gün sonra şirkət 10.000 ədəd odpüskürən satıb. Nəticədə odpüskürənlərin
satışından əldə olunmuş gəlir 5 milyon dollar təşkil edib. Qeyd etmək lazımdır
ki, odpüskürənin ön sifarişi 28 Yanvar tarixinin axşamı açılmışdı. Şirkət onu
500$ qiymətinə satır. Şirkətin bir neçə müddət bundan əvvəl satışa
çıxartmış olduğu papaqlar kimi odpüskürənlərin satışı barəsində məlumatları da
Musk öz Twitter hesabında bildirir.
Ümumilikdə şirkət 20.000 ədəd odpüskürən
sataraq 10 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Şirkət bu cihazı “dünyanın
ən təhlükəsiz odpüskürəni” kimi qeyd edir. “The Boring Company-nin odpüskürəni
istənilən party-ni şənləndirə bilər. Əgər zombi apokalipsis baş tutsa siz bu
odpüskürəni aldığınıza görə şad olacaqsınız. Zombilərə qarşı yaxşı üsul olacaq.
Əks halda biz sizə pulunuzu geri qaytaracağıq” – deyə Musk bildirib.
Paylaş
Bənzər xəbərlər