Logo
    main-post-cover

    Elon Musk, 5-ci sinif şagirdinin reklam ideyasını qəbul edib

    Digər
    07.05.2017
    Farid

    "SpaceX” "Tesla Motors” şirkətlərinin təsisçisi Elon Musk öz Twitter səhifəsində Bria adlı 5-ci sinif şagirdinin məktubunu paylaşıb.

    Bria öz məktubunda "Tesla Motors” avtomobillərinə olan sevgisindən və bu şirkətin öz məhsullarını necə inkişaf etdirmək barədə ideyasını paylaşıb. Belə ki, Bria fikir verib ki, şirkət öz avtomobillərinin reklamına vəsait xərcləmir. Bununla yanaşı YouTube-da avtomobil sahiblərinin öz videoları mütəmadi olaraq yerləşdirilir. Bu videolar isə şirkət üçün yaxşı piar ola bilər. Bria, Musk-a bu cür video yayımlayan istifadəçilər arasında konkurs keçirtməyi və qalibə il ərzində pulsuz avtomobil şarjından istifadə etməyi təklif edib. "Gözəl sözlərə görə təşəkkürlər. Bu çox əla səslənir. Biz bunu edəcəyik” – deyə Elon Musk öz tweetində qeyd edib. Bundan əlavə olaraq Bria, şirkətin ətraf mühit haqqında düşünməsini yüksək qiymətləndirib.
    Paylaş
    Bənzər xəbərlər