
Elon Musk ilə ABŞ hökuməti arasında gərginlik yaşanmağa başlanıb!
Digər
19.12.2024
Aslan
Elon Musk və ABŞ hökuməti arasındakı münasibətlər gərginləşib. Elon Musk və SpaceX-in ABŞ-ın federal qurumları tərəfindən araşdırıldığı məlum olub. Musk isə baş verənlərə sərt reaksiya göstərib.
Milyarder iş adamı Elon Musk son dövrlərdə sanki ABŞ hökumətinin diqqət mərkəzindədir. Əldə olunan məlumatlara görə, həm SpaceX, həm də Elon Musk şəxsən federal rəsmilər tərəfindən təftiş edilir. Məlumatlara əsasən, Elon Musk və SpaceX-i izləyən federal qurumlar arasında ABŞ Müdafiə Nazirliyinin Müfəttişlik İdarəsi, Hərbi Hava Qüvvələri Komandanlığı və Pentaqonun Kəşfiyyat və Təhlükəsizlikdən Məsul Müdafiə Ofisi yer alır. Federal qurumların diqqətini çəkən əsas səbəb isə hesabat protokollarına əməl edilməməsidir.

Əldə edilən məlumata görə, Elon Musk və SpaceX heyəti, aralarında Rusiya Prezidenti Vladimir Putin də olmaqla xarici liderlərlə görüşlər keçirir, lakin bu barədə ABŞ hökumətinə məlumat vermirlər. Elon Musk və onun komandasının ABŞ-ın inkişaf etmiş hərbi texnologiyaları haqqında gizli məlumatlara çıxış əldə edə bildiyi nəzərə alınarsa, bu vəziyyətin ABŞ-ın təhlükəsizliyinə zərbə vurduğu düşünülür. Lakin məsələ bununla da bitmir...
The New York Times-a görə, Elon Musk və SpaceX-dən narahat olan yeganə ölkə ABŞ deyil. Avropa və Yaxın Şərq də daxil olmaqla adları açıqlanmayan 9 ölkənin nümayəndələri də Musk-ın ABŞ hökuməti ilə tez-tez görüşməsindən narazıdır. Nəticədə heç bir ölkə Elon Musk və komandasının başqa bir ölkə ilə nə müzakirə etdiyini dəqiq bilmir. Bu səbəbdən narahatlıqlar artmaqda davam edir. Baş verənlər Elon Musk-ı ciddi şəkildə qəzəbləndirib. X platformasında rəsmi hesabından açıqlama verən Musk, “Dərin dövlət xainləri, ənənəvi mediada öz pulla satın aldıqları tərəfdarları vasitəsilə məni izləyir. Münaqişəni başlatmaq mənim istəyim deyil, amma başlanarsa, onu sona çatdıran mən olacağam” ifadəsini işlədib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
