
Elon Musk ilk Mars uçuşunun tarixini açıqladı
SpaceX şirkətinin rəhbəri Elon Musk bildirib ki, şirkət Mars
planetinə ilk uçuşu 2024-cü il üçün planlaşdırır. Əgər hər şey plan üzrə getsə
astronavtlar artıq 2025-ci ildə planetə çatacaqlar. SpaceX-in test uçuşları isə
2018-ci ilə nəzərdə tutulub. Həmin uçuşlar zamanı Mars-a Red Dragon adlı
pilotsuz aparat göndəriləcək. Bu ilin sentyabr ayında Elon Musk SpaceX-in
uzunmüddətli kosmik proqramı haqqında daha ətraflı məlumatlar verəcək. Təbii
ki, bu kosmik proqrama Mars planetinin kolonizasiyası məsələsi də daxildir.
NASA-ya gəldikdə isə onlar Mars-a ilk uçuşu 2030-cu ildə planlaşdırırlar.
NASA-nın planında SLS raket daşıyıcılı Orion adlı kosmik gəmi durur. Məhz həmin
kosmik gəminin sayəsində NASA astronavtları ilk dəfə Mars-a ayaq basacaqlar.
Paylaş
Bənzər xəbərlər