Logo
    main-post-cover

    Elon Musk-ın bir SpaceX işçisi ilə cinsi əlaqədə olduğu ortaya çıxıb!

    Digər
    12.06.2024
    Aslan

         The Wall Street Journal-ı tərəfindən paylaşılan xəbərlər, Elon Musk-ın şirkətlərində baş verən hadisələri ortaya çıxarıb. İddialara görə, Musk, SpaceX-də bir təcrübəçi ilə cinsi əlaqədə olub və başqa bir işçidən isə uşaq sahibi olmaq istəyib.

         Hadisə, ilk olaraq SpaceX-ə təcrübəçi kimi qatılan bir şəxsin Elon Musk ilə olan əlaqəsi ilə başlayır. İddiaya görə, Musk-ın əvvəllər təcrübəçi kimi çalışan bu şəxslə, şəxsi münasibətləri olub. Hətta sonradan onu təcrübədən uzaqlaşdıraraq idarəetmə komandasına daxil edib. Üçüncü qadın isə Musk-ın ondan uşaq sahibi olmaq istədiyini iddia edib. Həmçinin bildirilir ki, qadın imtina etdikdən sonra məşhur milyarder, qadının maaşını artırmaqdan imtina edib və performansından şikayətlənib.
         Budan başqa, Musk ilə əlaqəsi olan bir qadının SpaceX prezidenti Gwyenne Shotwell-in də qəzəbinə səbəb olduğu bildirilib. Shotwell, bu qadını əri ilə münasibətdə olmaqda ittiham edib. Daha sonra isə SpaceX-in prezidenti, insan resursları departamentinə qadının icra nümayəndəliyindən qovulmasını istədiyini bildirib. Təbii ki, bütün bunlar sırf iddia olaraq qalır. Musk, hələlik məsələ ilə bağlı açıqlama verməyib. Shotwell isə bunun yanlış bildirilmiş bir hekayə olduğunu söyləyib. The Wall Street Journal-ı, bu hesabatı mesajlar, e-poçtlar, digər sənədlər və 48 nəfərlə müsahibələr nəticəsində dərc etdiyini bildirir. Müsahibələrdə adı çəkilən qadınların ailələri, qohumları da olub. Beləliklə, WSJ-nin iddialarının mənbələri olduqca güclü olduğu görünür.
    Paylaş