
Elon Musk öz sözünü tutdu. O, 100 günə ən böyük litium-ion batareyasının inşasını sona çatdırdı
Musk dedi, Musk etdi. “Tesla” şirkəti Cənubi Avstraliyada 100 meqavat güclü ən böyük litium-ion batareyası Powerpack-ın tikintisini bitirdi.
Batareyanın optimal işini təmin
etmək və yerli tənzimləyicilərin tələblərinə uymaq üçün növbəti bir neçə gün ərzində
sözügedən batareyanın testi keçiriləcək. Batareyanın işinə tam şəkildə isə
Dekabr ayında start veriləcək. Powerpack, onu enerji ilə təmin edən külək
enerjisi fermasına qoşulub. Sistemin enerji tutumu 30.000 evi işıq enerjisi ilə
təmin etməyə kifayət edir.
Qeyd edək ki, bu ilin Mart ayında Musk öz Twitter hesabında
bildirmişdi ki, bu layihəni 100 gün ərzində ərsəyə gətirməsə, onda onun vəsaitini
öz cibindən (65 milyon dollar) ödəyəcək. 100 günlük müddət Avstraliya höküməti
ilə şirkət arasında müqavilənin bağlandığı gündən hesab olunmalı idi.
Batareyanın tikintisinə Sentyabr ayında start verildi və tam vaxtında sona
çatdırıldı.
Congratulations to the Tesla crew and South Australian authorities who worked so hard to get this manufactured and installed in record time! https://t.co/M2zKXlIVn3— Elon Musk (@elonmusk) 23 ноября 2017 г.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...